Şüyüd

Şüyüd (lat. Anethum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.

Şüyüd
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Yarımfəsilə:
Apioideae
Triba:
Apieae
Cins:
Şüyüd
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29583
NCBI  40921
EOL  71410

Botaniki xarakteristikası

Birillik ot bitkisi olub, hündürlüyü 40–120 sm-ə bərabərdir. Əsas kökü incə, zərif, budaqlanandır. Gövdəsi düzqalxan və ya azacıq əyilmiş, budaqlanan, dairəvi, uzunsov açıq-yaşıl və yaşıl, mil-mil, incə mumabənzər qatlıdır. Yarpaqları növbəli, üçüncülü-dördüncülü lələkşəkilli olub, uzunluğu 30 sm, eni 4–25 sm-dir. Aşağı yarpaqlarının uzunluğu 4–12 sm, saplaqlı, orta və yuxarı yarpaqları qısa saplaqlı və oturaqdır. Hamaşçiçəkləri mürəkkəb, çoxşüalı çətirinin diametri 7–30 sm-dir. Çiçəkləri kiçik, ikicinsli, beşüzvlü, sarı ləçəkli, dar olub, zirvəsi bükülü vəziyyətdədir. Meyvələri sallaq, asılı vəziyyətdə, ellips və ya enli ellipsşəkilli, uzunluğu 3–7 mm, eni 1,5–4 mm, sarımtıl-qəhvəyidir. Bitkinin yerüstü hissəsi aromatlı, efir iyli, şirintəhər-ədviyyəli dadlıdır. İyun-avqust ayında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.

Xammal meyvə yetişən dövrdə mərkəzi çətirinin toplanılması ilə başa çatır. Döyülmüş meyvələrini tamam qurutduqdan sonra digər qarışıqlardan təmizləyirlər.

Xüsusi merikarp seyrək yerləşməklə, meyvəsi sallaq, asılı vəziyyətdə, uzunluğu 3–7 mm, eni isə 1,5–4 mm-ə bərabərdir. Meyvələri enli ellipsşəkilli, aşağı tərəfi zəif qabarıq, daxili isə yastıdır. Hər bir merikarp 5 qabırğalıdır. Xarici tərəfində 3 sapşəkilli, yan tərəfi isə — 2 yastı qanadabənzərdir. Çiçəkləri yaşılımtıl-boz və ya qonur, boz, qabırğası sarımtıl-qonurdur. Kəskin iyli və aromatlıdır. Şirin-ədviyyəli dadlı və bir qədər də yandırıcıdır.

Tərkibi və təsiri

Tərkibində efir yağı (2–4%) və onun əsas komponenti karvon (40–60%), limonen(19–40%), fillandren, dihidrokarbon və digər terpenoidləri vardır. Meyvələrinin tərkibində furanoxromonlar vardır. Toxumlarında 20% piyli yağlar vardır. Otunun tərkibində 0,56–1,5% efir yağı, çoxlu miqdarda (16%) karbon tərkibli maddələr, bol vitaminlər C, В1, В2, РР, Р, karotinoidlər, kalium duzları, kalsium, fosfor, dəmir, fol turşusu və flavonoidlər (kverçetin, izoramnetin, kempferol) vardır. Toxumundae efir yağları 2% spirt, rütubət 12%, ümumi kül 10%, 10%-li xlorid turşusunda həllolmayan kül 1%, xırdalanmış, doğranmış diametri 3 mm olan hissəciklər 1%, üzvi turşular 2%, mineral duzlar isə 1% olur.

Efir yağlı xammalın saxlanılmasına düzgün riayət etmək lazımdır. Saxlanılma müddəti 3 ildir.

Şüyüdün ətirli meyvəsi və xammalı vardır. Bağırsağa yaxşı təsir etməklə, tərqovucu və spazmolotik xassəsi vardır. Qarışıqları mədə-bağırsaq və uroloji problemlərə çox yaxşı təsir edir. Tərqovucu kimi 1 hissə şüyüdlü 1000 hissəsuya qatmaq lazımdır. Kombinəedilmiş efiryağlı maddələrdən "Solutan", "Spazmosistenal", "Qrezeofulvin" dərmanlarına rast gəlinir.

Spazmolotik dərman preparatlarıdır. Bostan şüyüdü meyvələrindənalınan dərman preparatları mədəaltı vəzi sekresiyasını artırır, spazmolotik, öskürəkkəsici, ödqovucu, diuretik, möhkəmləndirici, bağırsağın mator funksiyasını artırır, antibakterial aktivliyi olmaqla, südverən anaların südünü artırır. Şüyüdün tərkibində olan furanoxromonlar koranar və periferik damarların genişlənmə effektini artırır.

Ətirli şüyüd meyvəsi mədə-bağırsaq xəstəliklərində tərqovucu və spazmolotik xassəsi olmaqla, yüngül sidikqovucu təsirə malikdir. Razyana xammalı ilə birlikdə keyfiyyətli tərqovucu və meteorizmə qarşı effektli dərman maddəsi kimi olduqca qiymətlidir. Yarpaqları hipoxrom anemiya zamanı tətbiq edilir. Tərkibində askorbin turşusu, karotin və dəmir vardır. Hipertoniya zamanı sidikqovucu kimi işlədilir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.