Şüvəlan
Şüvəlan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şüvəlan | |
---|---|
40°29′06″ şm. e. 50°11′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xəzər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Şüvəlan Bakının ənənəvi 32 kəndindən və Xəzər rayonunun 11 inzibati ərazi bölgüsündən biri.
Şüvəlan" sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb. Farsca "şiv" sözünün mənası eniş, "lan" isə məkan deməkdir.
Mədəniyyəti
Təhsil
Qəsəbədə 7 orta ümumtəhsil məktəb fəalliyyət göstərir. Heydər Əliyev fondunun dəstəyi ilə Şüvəlanda yerləşən bir çox məktəblər yenidən qurulmuşdur.
Şüvəlanda dəniz kənarı çimərliklər üçün olduqca əlverişlidir. Dəniz kənarına yaxın yerlərdə uşaqlar üçün yay düşərgələri də fəaliyyət göstərir. Bu düşərgələrdən biri də Çingiz Mustafayev adına düşərgədir. Eyni zamanda qəsəbədə yenicə açılmış Mədəniyyət sarayında uşaqlar üçün nəzərdə tutulmuş dərnəklər var.
Əhalisi
28 500 nəfərdən çoxdur.
İqtisadiyyat
Şüvəlan iş yerlərinin çox hissəsini ticarət obyektləri təşkil edir.