Şükrüllah Şirvani
Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur.
Şükrüllah Şirvani | |
---|---|
Şükrullah Məhəmməd ibn Mahmud | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Atası | Mahmud ibn Məhəmməd Şirvani |
Fəaliyyəti | həkim |
Həyatı
Əslən Şamaxıdan olan bu həkim Qahirədə Şəmsəddin Səxavidən hədis dərsləri almışdı. Həmçinin II Mehmedin müəllimi mövlana Şəmsəddin Güranidən İstanbulda hədis dərsləri almışdı. O, xəstələri təmənnasız müalicə etdiyinə görə "Kasıbların həkimi" ləqəbini qazanmışdı.
Əsərləri
- Fütuhat fil-Cifr
- Risalətüs-Sultaniyyə fit Tibb
- Risalə fil-Qulunc vəl-İxtibas
- Lətaifül-Cəlilə
- Rəvzətül-İtr fit Tibb
- Müxtəsəri-Tibb
- İxtiyarati-Bədi
- Mürşid fit-Tibb
- əl-İlyasiyyə fit-Tibb
- Kamalnamə
- Riyazül-Ülum — II Bəyazidə həsr etmişdi.
- Miftahün-Nəcat
Mənbə
- Elnur Nəsirov - Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər, Bakı, 2011
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.