Şükür bəy Ağayev

Ağayev Şükür bəy Hacı Cəfərqulu oğlu (1887, Şuşa1961, Bakı) — həkim, əməkdar həkim.

Şükür bəy Ağayev
Şükür bəy Hacı Cəfərqulu oğlu Ağayev
Doğum tarixi 1887
Doğum yeri
Vəfat tarixi 1961
Vəfat yeri
Fəaliyyəti həkim
Mükafatları "Lenin" ordeni

Həyatı

Şükür bəy Hacı Cəfərqulu oğlu 1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Əvvəlcə real məktəb, sonra gimnaziya bitirmişdi. 1917-ci ildə Kazan Universitetinin tibb fakültəsini tamamlamış, 1917–1920-ci illərdə Sabunçu xəstəxanasında həkim-cərrah, 1920–1924-cü illərdə Zaqafqaziya dəmiryolunda sanitar-həkim, 1924–1933-cü illərdə Paster adına xəstəxananın baş həkimi, 1933–1941-ci ildə Klinink İnstitutda direktor müavini işləmişdir.

Böyük Vətən Müharibəsi dövründə 1543, 1289, 1447 nömrəli evakoqospitalların rəisi olmuşdur. Müharibədən sonrakı illərdə Ş. Ağayev uzun müddət respublikanın müalicə idarələrində rəhbər vəzifələrdə çalışmışdır. Respublika səhiyyəsinin inkişafında böyük xidmətləri olmuşdur.

Şükür bəy Ağayev 1961-ci ildə vəfat etmişdir.

Mükafatları

Ş. Ağayev 1917-ci ildə lekar rütbəsinə layiq görülən Ş. Ağayev, inqilabdan sonra Azərbaycanın əməkdar həkimi adını almış, Lenin, Qırmızı Ulduz ordenləri və bir çox medallara təltif olunmuşdur.

Şükür bəy dostu Hidayət bəy Tarıverdiyevlə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.