Şücaəddin Əhməd xan
Şücaəddin Əhməd xan ibn Məhəmməd xan (1570 – 1618) — Turfanın, Çalışın (1635–1668), Məmləkəti-Moğoliyyənin və Yarkənd xanlığının hakimi.
Şücaəddin Əhməd xan | |
---|---|
1610 – 1618 | |
Əvvəlki | III Məhəmməd xan |
Sonrakı | II Qurreyş xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1570 |
Vəfat tarixi | 1618 |
Atası | III Məhəmməd xan |
Dini | islam |
Həyatı
Şücaəddin Əhməd xan ibn Məhəmməd xan 1570-ci ildə Çalışda anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət Şah xanın əsirliyində yaşamışdı. 1590–1596-cı illərdə sultan titulu ilə Aksu və Uç şəhərlərinin hakimi olmuşdu. 1596–1610-cu illərdə Qaşqar və Yengihisar şəhərlərinə başçılıq etmişdi.
Tarixçi Şah Mahmud ibn Fazil Çuras qeyd edir ki, "Şah Şücaəddin Əhməd xan müdrik, dözümlü, təmkinli bir hökmdar idi". 1618-ci ildə eşikağası Əbul-Məaninin və Sarıkol hakimi Məhəmmədqasım bəyin sui-qəsdi nəticəsində öldürülmüşdü. Qəsdçilər onun əmisi oğlu II Qürreyş xanı hakimiyyətə dəvət etmişdilər.
İstinadlar
Ədəbiyyat
- Şah Mahmud ibn Fazil Çuras, Xronika, Moskva, "Nauka", 1976.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.