Şüəra məqbərəsi

Şüəra məqbərəsi (fars. مقبرةالشعرا Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir[1]. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir.

Şüəra məqbərəsi
مقبرةالشعرا
Şüəra Məqbərəsi, 2022
38°05′01″ şm. e. 46°18′12″ ş. u.
Ölkə İran
Şəhər Təbriz
Yerləşir Təbriz
Şüəra məqbərəsi (İran)
Şüəra məqbərəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. XaqaniFələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar[2]. Ölümlərindən sonra isə onların dəfn olunduqları məzarlıq “Şairlər məqbərəsi” adlandırılıb. Elxanilər, Ağqoyunlular dövründə də bu şəhərə tanınmış şair və ziyalılar pənah gətirirdilər. XI əsrdə burada dəfn olunan ilk şair Əsədi Tusi olub. XI əsrin digər tanınmış Azərbaycan şairi Qətran Təbrizi məzarlıqda dəfn olunan ikinci şairdir. XII əsrdə burada Azərbaycan klassik ədəbiyyatının nümayəndəsi, mütəfəkkir Xaqani ŞirvaniBeyləqanda dünyaya gəlib Təbrizdə vəfat edən Mücirəddin Beyləqani dəfn edilib. Mücirəddin Beyləqani eyni zamanda Xaqaninin şagirdi olub. Sonradan burada Zülfüqar Şirvani, Hümam Təbrizi, Məğribi Təbrizi, Siqqətül İslam, Baba Həsən, Baba Məzid, Pir Türk, Sultan Dədə Əli, Həsən Naxçıvani və təxminən 400-dən artıq söz, sənət adamı burada dəfn olunur. Zaman keçdikcə təbii hadisələr sel, zəlzələ bu məzarlığa ciddi xətər yetirir. Xaqani Şirvani, Əsədiyyə Tusi, Mücirəddin Beyləqani, Qətran Təbrizi, Hümam Təbrizi və digərlərinin məzarı 1772-ci ildə dəhşətli zəlzələdən sonra məhv olub[1].

Şairlər məqbərəsi 1970-ci ildə bərpa olunur və müasir görkəmini alır. 1988-ci ildə vəfat edən Məhəmmədhüseyn Şəhriyar öz vəsiyyətinə əsasən burada dəfn olunub. Məhəmmədhüseyn Şəhriyardan sonra burada müasir şairlərdən Əziz Dövlətabadi, Mahmud Məlmasi-Azarm da dəfn edilir[3].

Dağılma təhlükəsi

Mütəxəsislərin xəbərdarlıqlarına baxmayaraq abidənin ətrafındakı ərazilərdə hündür mərtəbəli binaların tikintisinə başlanılıb. Bu isə abidə üçün təhlükəli vəziyyət yaradıb. Abidə 2013-cü ildən təmir olunur[4]. İllərdir təmir işlərinin bitməməsi isə bura gələn turist sayının azalmasına səbəb olub[5][6].

Məqbərədə dəfn edilən şəxslər

Şəkillər

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.