Şüşə armonika

Şüşə Armonika
Hornbostel–Zaks təsnifatı 133.2[1]
İfaçılar W.A.Mozarth, J.A.Hasse, J.S.Bach, G.Donizetti, J.Strauss, B.Galuppi, L.V.Beethoven, N.Jommelli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı

Adı "Glass Harmonica" (Almancada Glasharmonika, Fransızcada armonika de verre, armonika de Franklin) olan bu maraqlı musiqi aləti Şüşə Armonika olaraq da bilinir. İtalyancada "armonica" harmoniya, yəni iki və ya daha çox səsin eyni anda qulağa xoş gələcək formadakı uyumudur.

İxtirası

İlk dəfə 1740-cı ildə İrlandiyalı musiqiçi Richard Puckeridge tərəfindən içi fərqli miqdarlarda dolu, şüşə su qədəhləri ilə bir nümayişdə istifadə edildi. Benjamin Franklin isə 1761-ci ildə alətin mexaniki versiyasını icad etdi və adını armonika qoydu. Franklinin icad etdiyi pedallı versiyada üfüqi olaraq 37 kasa dəmir, iç-içə duracaq bir şəkildə yerləşdirilmişdir və ayaqla döndürərək işləyir. Bu nəhəng musiqi alətindən çıxan gözəl səsi, Franklinin həyat yoldaşı "Mələklərin Musiqisi" olaraq adlandırmışdır.

Musiqi əsərləri

Wolfgang Amadeus Mozart, Padre Martini, Johann Adolph Hasse, Baldassare Galuppi, Johann Sebastian Bach, Ludwig van Beethoven, Gaetano Donizetti, Johann Strauss, Niccolò Jommelli və 100-dən çox digər şəxslər şüşə armonika üçün musiqi bəstələmişdir. Wolfgang Amadeus Mozart 1791-ci ildə K.617K.356 (K.617a) adlı bəstəsini şüşə armonika ilə bəstələmişdir. Ludwig van Beethoven 1814-cü ildə Leonore Prohaska melodramında bu alətdən istifadə etmişdir. Gaetano Donizetti də 1829-cu ildə Amelia'nın "Par che mi dica ancora" ariyası müşayiətində nümayiş etdirilən "II castello di Kenilworth" melodramında bu alətdən istifadə etmişdir.

Təhlükələri

Bu alət barmaqları islatdıqdan və ya nəmləndirdikdən sonra ifa olunur. İnsan beyni 4000 hertz altındakı səsləri qəbul edə bilməz, bu alət isə 1000-4000 hertz arasındakı səsləri çıxarır. Beyin 1000-4000 hertz arasındakı səsləri qəbul edə bilmədiyindən, eşitmə problemləri meydana gələr. Sağ və sol qulaq arasında "lay/mərhələ fərqliliyinə" gətirib çıxarar. Bu səbəbdən armonikanın ruhi vəziyyəti yaxşı olmayan kəslər tərəfindən ifa olunması və dinlənilməsi qadağan olunmuşdur. Dinləyərkən beyniniz aləti vizual və hissiyyat olaraq qəbul etsə belə bir boşluğa düşərsiniz. Bundan əlavə, şüşələrin üzərindəki notlar tərkibində güllə olan boya ilə boyanmışdır. Məhz bu səbəbdən Beethovenin ölümünə səbəb olan güllə zəhərlənməsinin səbəbi də armonika olaraq göstərilmişdir. Zamanımızda məşhurluğunu itirməsinin səbəbi isə konsert salonlarında yetəri qədər səs çıxarmamasıdır.

Xarici keçidlər

  1. Consortium M. Revision of the Hornbostel-Sachs Classification of Musical Instruments by the MIMO Consortium.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.