Şövkət Tağıyeva

Şövkət Əzizağa qızı Tağıyeva (11 iyun 192611 iyun 2015) - Azərbaycanın tanınmış tarixçi-şərqşünas alimi, professoru,Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsinin rəhbəri olub.Milli azadlıq hərəkatında, Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. Müsavat Partiyasının Məclis və Divan üzvü olub.Elmi fəaliyyətinə İranda, o cümlədən Güney Azərbaycanda Milli Azadlıq Hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb, Moskvada namizədlik dissertasiyası müdafiə edib, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqaləsini Azərbaycanda, 16 məqaləsi Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanadaİranda çap edirib.

Şövkət Tağıyeva
Şövkət Əzizağa qızı Tağıyeva
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əzizağa Tağıyev
Elm sahəsi şərqşünaslıq
Elmi adları Alim,Professor
İş yeri Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsi (1958-2015)
Tanınır tarixçi-şərqşünas

Həyatı

Elmi fəaliyyətə İranda, o sıradan, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlamış, Moskvada namizədlik dissertasiyası müdafiə etmiş, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqalə respublikada, 16 məqalə Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap etdirmişdir. Problemlə bağlı respublikada və xaricdə elmi konfrans və seminarlarda məruzə və çıxışlar etmişdir. Elmi fəaliyyətdə aparıçı istiqamətlərdən biri İranda aqrar münasibətlər problemidir. Problemlə bağlı 2 monoqrafiya, 12 məqalə və tezislər çap edilmiş, elmi toplantılarda çıxışlar edilmişdir. Bu sahədə axtarışlarını "XİX əsrin sonu və XX əsrin əvvəllərində İranda aqrar münasibətlər" adlı doktorluq disertasiyasında cəmləmiş və 1967-ci ildə Bakıda müdafiə etmişdir. Elmi yığıncaqlarda Güney Azərbaycanla bağlı fəaliyyəti aparıcı yer tutmuşdur. Respublikada və ondan kənarda Güneyazərbaycanşunaslıq elmi məktəbinin yaradıcısı kimi tanınır. 1976-1991-ci illərdə AMEA-nın Şərqşunaslıq İnstitutunda fəaliyyət göstərmiş, "Cənubi Azərbaycan tarixi şöbəsi" nin yaradıcısı və rəhbəri olmuş, bu sahədə elmlər namizədləri yetişdirmişdir. Kollektivlə hazırlanmış "Cənubi Azərbaycan tarixi oçerki 1828-1917" (Bakı,1985), "Cənubi Azərbaycan tarixi məsələləri" (Bakı, 1989-1991) kitablarının əsas müəlliflərindən biri, həm də elmi redaktoru olmuşdur. 2000-çi ildə yetirmələrindən elmlər namizədləri Ə.Bije və S.Bayramzadə ilə birlikdə "Güney Azərbaycan" ensiklopedik, elmi sorğu kitabını çap etdirmişdir. Problem və bütövlükdə ümumi tarix üzrə namizədlik və doktorluk disertasiyalarının opponenti olmuşdur. Hazırda "Güney Azərbaycan tarixi" nin 3 cildini hazırlamışdır. Güney Azərbaycanının XİX-XX yüzilliklər tarixinə aid araşdırmaların elmi nətiçələrini ali və orta məktəblər üçün respublikada hazırlanmış "Azərbaycan tarixi" dərsliklərinin Cənubi Azərbaycana aid fəsillərində əks etdirmişdir.

Əsərləri

  • 1. The National liberation in Iran Azerbaijan in 1917-1920. Baku, 1956, 120 pp. (in Russian)
  • 2. The 1917-1920 uprising in Persian Azerbaijan, "Central Asian Review". vol.VI, 1958, N3, pp. 347–356 and N4, pp. 432–447
  • 3. Lands Property forms and the rules of land-using in Iran in the end of XIX and early XX centuries. Baku, 1964, 246 pp. (in Azeri)
  • 4. The Conditions of Iran peasants in the end of XIX and early XX centuries. Baku, 1969, 198 pp. (in Azeri)
  • 5. Tebriz revolt in 1920. Baku, 1990, 148pp. (in Azeri)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.