Şöhrət xiyabanı (Hollivud)

Hollivudun "Şöhrət xiyabanı" (ing. Hollywood Walk of Fame) — Hollivud bulvarındaVayn küçəsinin üç məhəlləsində küçənin hər iki trotuarı boyunca 15 məhəllədə yerləşən əyləncə sənayesinin nailiyyətlərinin daimi və ictimai abidəsi kimi çıxış edir. 2500-dən çox beşbucaqlı mis Ulduz trotuarın 6 futluq (1,8 m) plitələrində həkk edilmişdir. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr turppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sənayesinə verdikləri töhvələrinə görə ulduzları həkk olunmuşdur. "Şöhrət xiyabanını" Hollivud ticarət palatası idarə eləyir, Hollywood Historic Trust isə onu maliyyələşdirir.

Bela Luqoşinin Ulduzu (kinosənayesindəki töhfələrə görə) Nömrəsi: 6340
Hollivud bulvarı

Aparılan tədqiqatlara görə, hər il Hollivudda yerləşən "Şöhrət xiyabanına" 10 milyondan çox insan baş çəkir. Bu həmçinin turizmin inkişafında çox böyük rol oynayır.

Təsviri

Hər monument mərcan-çəhrayı rəngdə olan beşbucaqlı ulduzdan ibarətdir. Ulduzun yuxarı hissəsində misdən çap hərfləri ilə yazılmış laureatın adı göstərilir. Ulduzun aşağı hissəsində dairəvi mis emblem laureatın hansı sənət üzrə töhfə aldğını göstərir.

2010-cu ildə Andrea Boçellinin öz Ulduzunu aldığı mərasim

Emblemlər əyləncə sənayesinin beş kateqoriyasını simvolizə edir.

  • klassik plyonkalı kinokamera kinosənayesinin inkişafındakı töhfələrə görə
  • köhnə televizor televiziyanın inkişafındakı töhfələrə görə
  • fonoqraf səsyazmamusiqi sənayesindəki töhfələrə görə
  • radio-mikrofon radio sənayesindəki töhfələrə görə
  • komediya/ tragediya maskalarıteatrın inkişafındakı töhfələrə görə (1984-cü ildən mövcuddur)

Hal-hazırda ulduzların 47%-i kino sənayesinin inkişafı kateqoriyası, 24%-i televiziyanın inkişafı, 17%-i səsyazma, 10%-i radio, 2%-i teatrın inkişafı kateqoriyalarına aiddir. Hər il orta hesabla 23 Ulduz Xiyabanlığında peyda olur. Lakin 19 Ulduz başqa emblemlərlə olmuşdur. Məsələn, "Los-Anceles Polis bölməsinin" ulduzu LAPB-nin işarəsi nüsxəsi kimi olmuşdur.

Keçmiş siyasətçi Tom Bredlinin ulduzunda Los-Ancelesin möhürü olmuşdur. Həmçinin ulduzun formasının başqa bir variantı olmuşdur. "Apollon 11"-in Aya missiyasına görə, "Ulduzlar" Ay formasında olmuş və astronavtların adı (Nil Armstronq, Maykl Kollinz, Edvin Oldrin), Aya enmələrinin tarixi (20 iyul 1969-cu il) və Apollo XI sözü yazılmışdır.

Tarixi

Mənşəyi

1950-ci illərin əvvəllərində Hollivud ticarət palatasının prezidenti M. Stüart "Şərəf xiyabanlığı"nın yaradılması üçün kredit ayırır. Palatanın 1953-cü ildə verdiyi rəsmi xəbərə görə, Stüart Xiyabanlığı "bütün dünyada hamının tanıdığı və sevdiyi artistlərin ictimai şöhrətinə dəstək" məqsədilə bu ideyanı irəli sürmüşdür. Palatanın digər üzvü Harri Saqermen bir neçə müstəqil bankdan da kredit ala bilmişdi. Həmin vaxt ideyanı detalları ilə yaratmaq üçün memarlardan ibarət komitet yaradılır. Ulduzun formasının yaradılmasının əsasını 50 ildən artıq Hollivud bulvarında dayanan "Hollivud mehmanxana"sının mətbəxinin tavanını bəzəyən ulduzlar olmuşdur. İndi həmin yerdə məşhur "Kodak" teatrı yerləşir.

Digər bir verisyaya görə isə məşhur "Tropiki" restoranının menyusunda qızıl ulduzlarlar bəzədilmiş məşhurların şəkillərinin təsvir olunması bunun yaradılmasına səbəb olmuşdur.

1955-ci ilə qədər onun konstruksiyasının ümumi layihəsi tam razılaşdırılmış və onun planı Los-Anceles bələdiyyəsinə təqdim edilmişdir. 1956-cı ilin fevralında lauret Con Ueynin karikaturasını nümunə kimi nümayiş etdirirlər. Lakin karikaturalar onu latundan mərcan-mavi rəngdə etmək üçün çox baha başa gəlirdi. Ona görə bu daşınmaz əmlakların əfsanəvi istehsalıçısı Çarlz Toberman tərəfindən etiraza səbəb oldu. Çünki karikaturanın edildiyi rəng artıq Hollivud bulvarında yerləşən "El Capitan" kinoteatrının yeni binasına istifadə olunmuşdu.

Yaradılması

1956-cı ilin martında son layihə və rəng konstruksiyası bəyənilmişdir. 1956–1957-ci illərdə komitet tərəfindən əyləncə sənyesinin 4 qolunu (kinosənayesi, televiziya, səsyazma və radio) təmsil edən 1550 məşhur seçilmişdir. Komitə onlar arasında Sesil Demill, Samuel Qoldvin, Cessi Laski, Volt Disney, Hel Roaç, Mak SennetVolter Lanç kimi məşhurları özündə birləşdirmişdir.

Xiyabanlığın tikintisinə 1958-ci ildə başlanılmış, lakin iki məhkəmə prosesi tikintini bitirməyə icazə verməmişdir. Birinci dəfə yerli mülk sahibləri məhkəməyə vermişdilər. Belə ki onlar xiyabanlığıa görə və həmçinin onunla birgə yeni küçə işıqlandırılması və ağaclara görə 1,25 mln $ həcmində olan vergini ödəməyi tələb etmişdilər. İkincisi isə Çarli Çaplinin oğlu olmuşdur. 1959-cu ildə məhkəm iddiası rədd edilmiş, bundan sonra Xiyabanlığın tikintisi bitirilmişdir.

Coan Vudvard mifi

Həmin dövrdə belə bir şayiə yayılmışdır ki, Coan Vudvard adı Şöhrət Xiyabanına düşən və Ulduz alan ilk məşhur olmuşdur. Lakin həqiqətdə Ulduzun ilk təltifçiləri yox idi. Bütün orijinal Ulduzların hamısı eyni vaxtda individual mərasimlər olmadan qoyulmuşdur. 1550 nəfərdən səkkizinin ulduzu ilk əvvəl nümunə üçün qoyulmuşdur. Çünki sonradan məhkəmə prosesi tikintini dayandırmışdır. Hollivud təpələrinin şimal-qərb nöqtəsində müəyyən vaxt ərzində qoyulmuşdur. Belə ki, son nəticədə xiyabanlığın necə görsənəcəyini bildirmək üçün onlar Hollivud bulvarının və Hollivud təpələrinin şimal-qərb nöqtəsində müəyyən vaxt ərzində qoyulmuşdur.

Coan Vudvardın Ulduzu. Nömrəsi: 6801

İnnovasiyadan sonra, 1960-cı il 8 fevral tarixində Oliviya , Borden, Ronald Kolman, Luis Fazenda, Preston Foster, Bert Lankaster, Edvard Sedvic və Ernest Torrensin 8 ulduzu qalanları bir sırada qoyulmuşdur. Özünün daimi yerində qoyulan ilk ulduz Stenli Kramerin ulduzu olmuşdur. Onu 1960-cı il 8 mart tarixində qoymuşdular.

Coan Vudvard haqqında əfsanənin dəqiq mənşəyi məlum deyil. Ola bilsin ki, Coan öz Ulduzu ilə fotoqrafların onun şəklini çəkməsinə razı olan ilk ulduz olmasına görə bu əfsanə peyda olmuşdur.

Durğunluq

1960–1970-ci illər Hollivudda və onun sahələrində uzun müddət böhran dövrü olmuşdur. Belə ki, pul çətinliyi ucbatından 8 il ərzində "Şöhrət Xiyabanının Seçki Komitəsi" heç bir yeni Ulduz əlavə etməmişdilər.

Canlanma

2 dəfə Xiyabanda Ulduz alan və Palatanın üzvü olan Conni Qrant (radi sənayesi və televiziya sahəsindəki töhfələrə görə) əsaslı dəyişikliklər edərək onu görməli bir yerə çevirməyi bacardı. 1968-ci ildə onlar tərəfindən yaradılan seçim prosesinin dirçəlişi üçün yeni Ulduzun elanı mərasiminin təşkili yolu ilə ictimaiyyətin bilgisini möhkəmləndirməyə başladı. Sonra o beynəlxalq mətbuatı cəlb etmək üçün hər bir yeni Ulduza sahib olan məşhurun açılış mərasimində şəxsən özünün iştirakının olmasını bildirdi. Hollivudun sahəsi hələ bərpa olunmağa başlamamış 1980-ci illər böhranından sonra Qrant xatırlayır:

" “Mən çox kobud idim. İnsanların özlərinin Şöhrət Xiyabanındakı Ulduzunun açılışında iştirakını tələb edirdim.” "

Bundan sonra çoxlu məşhur şəxslər böhrandan sonra Hollivudun bərpası üçün öz töhfələrini verməyə başladılar.

1978-ci ildə Los-Anceles şəhərinin icra başçısı Hollivudun Şöhrət xiyabanlığını Los-Ancelesin tarixi mədəniyyət abidəsi adlandırmışdır.

1980-ci ildə Qrant televiziya sənayesindəki töhfələrə görə öz Ulduzunu almışdır. 2002-ci ildə isə o Xiyabanlığın yaxşılaşması və inkişafındakı roluna görə ikinci "Ulduz"unu almışdır. Onun unikal Ulduzu Kodak teatrının girişində "Hollivudun Böyük möhürünü" təsvir edən emblemə malikdir.

1984-cü ildə əyləncə sənayesinə daha bir kateqoriya "Canlı teatr" kateqoriyası əlavə olunmuşdur. Bu həmin sahə üzrə çalışan artistlərin töhfəsini təsdiqlətmək üçün əlavə edilmişdir.

1994-cü ildə Hollivud bulvarının qərb hissəsi tərəfdən Şöhrət Xiyabanı bir məhəllə də genişləndirilmişdir. Həmin vaxt Sofi Loren Xiyabanlıqda 2000-ci Ulduza sahib olmuşdur.

Bərpası

Hollivud bulvarı

2008-ci ildə 4,2 mln $-a başa gələn Xiyabanlığın bərpa işləri aparılmışdır. 778 ulduz bu illər ərzində onların üzərində gəzən insanlar tərəfindən yetirilən zədələr üzündən təmir edilmişdir. Eyni zamanda bir sıra şirkətlər xiyabanlığın bərpası üçün maddi yardım göstərmişdir. Belə ki, İsveçin araq istehsalı üzrə məşhur brendi "Absolut Vodka" şirkəti 1 mln $ dəyərində maddi yardım etmişdir. Məşhur kosmetika firması L’Oréal isə etdiyi maddi yardımın məbləğini açıqlamamışdır. Bu şirkətlə "Kodak" teatrının girişindəki fəxri Ulduzlara layiq görülmüşdür.

Layihə həmin vaxt Xiyabanlıqda olan 2365 ulduzun qiymətləndirilməsi ilə başlamışdır. Belə ki, hər bir Ulduz ona dəyən zərərə görə "A", "B", "C", "D" və "F" kateqoriyalarına bölünmüşdür. Sonuncu kateqoriyada olanlar başqalarından daha çox zərərə məruz qalanlar idi. Bunlar Coan Kollin, Riçard Boleslavsk, Bobbi Şervud və başqalarının ulduzu idi. 50-yə yaxın Ulduz isə D kateqoriyasına aid idi.

Çoxsaylı ulduza malik olanlar

İlk əvvəl seçki komitəsi bir sıra məşhurların çoxlu kateqoriyalardakı töhfələrini bildirmək qərarına gəlir. Belə ki, Cin Otri 5 kateqoriya üzrə Ulduzları olan yeganə şəxsdir. Bob Hou, Mikki Runi, Roy RocersToni Martini 4 kateqoriya üzrə ulduzu olan məşhurlardır.

Frenk Sinatra, Corc Barns, Denni Key kimi məşhurlar isə 3 kateqoriya üzrə ulduza sahibdirlər.

Altı musiqi xadimi musiqi sənayesindəki töhfələrə görə iki Ulduza sahibdir. Onlardan Maykl Cekson özünün The Jackson 5 qrupundakı və solo karyerasında verdiyi töhfələrə görə Ulduzlara sahib olmuşdur. Sonra Dayana Ross The Supremes qrupunun solisti və solo müğənni kimi, Smoki Robinson The Miracles qrupunun solisti və solo mügənni kimi, həmçinin Con Lennon, Rinqo StarrCorc Harrison The Beatles qrupunun üzvləri və solist kimi Ulduzlara sahib olmuşdular.

Mübahisəli hadisələr

Çarli Çaplin eyni kateqoriya üzrə iki dəfə seçilən yeganə məşhurdur. İlk əvvəl o, 1956-cı ildə seçilmiş 500 nəfərdən ibarət qrupa salınmaq istənilsə də, sonrada seçim komitəsi onu sonda həmin siyahıdan çıxartmışdır. Buna səbəb kimi Mann qanunu pozması və 1940-cı illərdəki Ağ köləliyin bərpasına çalışması göstərilsə də, ən əsası onun sol düşüncələrə və siyasi baxışlara sahib olması buna səbəb olmuşdur. Onun həmin siyahıdan çıxarılması onun oğlunun uğursuz məhkəməsinə səbəb oldu.

Çarli Çaplinin Ulduzu. Nömrəsi: 6751

Onun ulduzu nəhayət 1972-ci ildə Çarlinin Oskar mükafatını aldığı ildə Xiyabanlığa həkk edilmişdir. Lakin 16 il sonra Ticarət Palatası dünyanın hər bir nöqtəsindən Çaplinin Ulduzunun qoyulması qərarına etiraz olaraq məktub almışdır.

Siyasətçilərin Ulduzu

Ronald Reyqan – Ulduza sahib olan 2 ABŞ prezidentindən (digəri Donald Tramp) və Kaliforniyanın iki qubernatorundan (digəri Arnold Şvartseneggerdi) biri olmuşdur.

Corc Mörfi – keçmişdə aktyor və rəqqas kimi xidmətlərinə görə Ulduzu olan yeganə ABŞ senatorudur.

İqnatiy Panderevski Şöhrət Xiyabanlığında ulduzu olan yeganə Avropa hökumət başçısıdır. (O, 1919-cu ildə Polşanın baş naziri olmuşdur)

Qaydaların dəyişilməsi

Şöhrət Xiyabanının qaydalarına əsasən, beş əsas kateqoriyadan kənar sahədə verilən töhfələrə görə namizədlərin müzakirəsi qadağan edilir. Lakin seçki komitəsi bəzi seçimlərinə haqq qazandırmaq üçün bir sıra dəyişikliklə etmişdilər. Məsələn, Apollon 11 kosmik gəmisinin astronavtlarının televiziya sahəsindəki töhfələrini bildirmişdilər. Belə ki, 2005-ci ildə Conni Qrant etiraf etmişdir ki, Aya ilk dəfə enmə çoxlu sayda tamaşaçını televiziya qarşısına gətirmişdir.

"Apollon 11"-in kinosənayesindəki töhfələrə görə Ulduzu

Komitə məşhur basketbolçu Medcik Consona Ulduz vermək istəsə də, onun məşğul olduğu iş heç bir kateqoriyaya uyğun gəlmirdi. Nəhayət, onlar basketbolçunun şəxsi "Medcik Conson Teatr"ını nəzərə alaraq ona "kinosənayesinin inkişafı"ndakı töhfələrə görə Ulduzunun qoyulmasını qərara almışdır. 2005-ci ildə verilən intervuların birində insanların Orvil Redenbakerin də Ulduzunun qoyulmasını istədiyi bildirilmişdir. Belə ki, onun hazırladığı popkornlar bütün kinoteatrlarda satılır.

Məşhur boksçu Məhəmməd Əlinin Ulduzu qaydaların dəyişdirilməsinin daha bir nümunəsidir. Komitə qərara almışdır ki, boks teatrın peyda olmasının formalarından biridir. Onun Ulduzu birinci və yeganə ulduzdur ki, şaquli istiqamətdə qoyulmuşdur. Onun Ulduzu Kodak teatrının divarında qoyulmuşdur.

Uydurulmuş personajlar (onların yaradıcıları)

1978-ci ildə Mikki Mausun yaradılmasının 50 illik yubileyi münasibətilə ona Xiyabanlıqda Ulduz qoyulmuşdur. Bu uydurulmuş qəhrəmana qoyulan ilk Ulduz olmuşdur. Digər uydurulmuş personajlar – Baqz Banni, Donald Dak (personaj), Vudi Vudpeker, Ağbəniz və yeddi cırtdan, Tinker Bell, Vinni-Pux, ŞrekSimpsonlar olmuşdur. Radio aparıcı Çarli Tana isə həmişə uydurulmuş personajların reklamını apardığına görə Ulduz qoyulmuşdur.

Mikki Maus (personaj)un Ulduzu. Nömrəsi — 6925

Həmçinin Mappetlərdən qurbağa Kermitə də Ulduz qoyulmuşdur.

Cəmi yeddi multipliaktorlara və animatora Ulduz qoyulmuşdur: Volt Disney, Çak Cons, Frits Frilinq, Volter Lanç, Alan Menken.

Üç kukla düzəldənə də Ulduz qoyulmuşdur. Bunlar Frans Ellison, Cim Henson ("Mappet-şou"nun yaradıcısı) və Şeri Lyuisdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.