Şöhrət-fəza xanım
Şöhrət-fəza xanım (d. 1829 - ö. 1895) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı.
Şöhrət-fəza xanım | |
---|---|
18 yanvar 1863 – 26 iyun 1879 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Soçi |
Vəfat tarixi | (66 yaşında) |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə, Misir əyaləti |
Həyat yoldaşı | Kavalalı İsmayıl Paşa |
Uşaqları |
Tövhidə xanım Fatimə İsmayıl xanım |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əslən şimali Qafqaz əsilli olan Şöhrət-fəza xanım 1829-cu ildə Soçidə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ almadan öncə təqdim edildiyi bilinir. Cütlüyün Tövhidə və Fatimə İsmayıl adlı 2 qızı dünyaya gəldi.
İsmayıl Paşanın Misir hakimi təyin edilməsinin ardından Şöhrət-fəza xanım paşanın ilk xanımı olması səbəbilə "Birinci Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Şöhrət-fəza xanım Misirdə Böyük xanım olaraq anılmağa başlandı. Qərb mədəniyyətinin Misirdə geniş vüsət aldığı illərdə o, Osmanlı motivli geyimlər geyinirdi. 1876-cı ildə İsmayıl Paşanın digər xanımı olan Camalnur Qadınəfəndinin ölümünün ardından, onun oğlu Əli Camalı da övladlığa götürən Şöhrət-fəza xanım 1895-ci ildə vəfat etdi və cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.
Mənbə
- Tanman, M (2011). Nil kıyısından Boğaziçi'ne : Kavalalı Mehmed Ali Paşa Hanedanı'nın İstanbul'daki izleri = From the shores of the Nile to the Bosphorus : traces of Kavalalı Mehmed Ali Pasha Dynasty in İstanbul (in Turkish). İstanbul: İstanbul Araştırmaları Enstitüsu. p. 45. ISBN 978-975-9123-95-6
- Kal (1997). İstanbul su külliyât (in Turkish). İstanbul: İstanbul Aras̨tırmaları Merkezi. p. 98. ISBN 978-975-8215-04-1
- Bulent Rauf (1995). The Last Sultans. Meral Arim. p. 232. ISBN 978-0-9525173-0-6
- Cuno, Kenneth M. (April 1, 2015). Modernizing Marriage: Family, Ideology, and Law in Nineteenth- and Early Twentieth-Century Egypt. Syracuse University Press. p. 33. ISBN 978-0-815-65316-5
- Chennells, E. (1893). Recollections of an Egyptian Princess. William Blackwood. p. 7
- Tugay, Emine Foat (1963). Three Centuries: Family Chronicles of Turkey and Egypt. Oxford University Press. pp. 166, 198.
- "His Highness Hidiv Ismail Pasa". www.oocities.org