İzirtu

İzirtu və ya İzurtue.ə. IX-VI əsrlərdə mövcud olmuş Manna dövlətinin paytaxtı. Qədim Azərbaycan şəhəri.

İzurtu şəhərinin xəritədə yeri

Tarixi

E.ə. 716-cı ildə Aşşur hökmdarı II Sarqon İzurtunu tutub yandırmışdı. Lakin şəhər tezliklə bərpa olunmuşdu. E.ə. 650-ci ildə Aşşur hökmdarı Aşşurbanipal yenidən İzurtunu zəbt edərək dağıtmışdı.

Haqqında

Tədqiqatçıların fikrincə, İzirtu müasir Ziviyə şəhərinin yaxınlığında yerləşirdi. İzirtu da digər Manna şəhərləri kimi müdafiə xarakterli qalalarla əhatələnmişdi. Şəhərdə iki və üç mərtəbəli binalar, eləcə də məbədlər olub. E.ə. 716-cı ildə Assur hökmdarı II Sarqon İzirtunu tutub yandırmışdı. Lakin şəhər tezliklə bərpa olunmuşdu. E.ə. 650-ci ildə Assur hökmdarı Aşşurbanipal yenidən İzirtunu zəbt edərək dağıtmışdı.

Coğrafiyası və strateji mövqeyi

Tədqiqatçıların fikrincə İzurtu şəhəri Cənubi Azərbaycanda müasir Ziviyə şəhərinin yaxınlığında yerləşirdi. İzurtu da digər Manna şəhərləri kimi müdafiə xarakterli qala divarları ilə əhatələnmişdi. Şəhərdə iki və üçmərtəbəli binalar, eləcə də, güman edildiyinə görə, məbədlər var idi.

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.