İyul inqilabı

İyul inqilabı27 iyul 1830-cu ildə Fransada başlayan və Burbon sülaləsinin qəti şəkildə məhvinə, liberal monarxiyanın qurulmasına və Burbon restavrasiyasının sona çatmasına səbəb olan inqilab idi.

Eugène Delacroix - Azadlıq xalqa rəhbərlik edir (1830)

İnqilabın mənbələri

Burbon restavrasiyası ekstremal royalistlər və liberallar arasında bir tarazlıq siyasəti güdən XVIII Louisin 1824-cü ildə ölümündən sonra qardaşı X.Çarles hakimiyyətə gəldi. X.Çarles ekstremal royalistlərin lideri idi və aristokratiya və kilsəni gücləndirən bir siyasi istiqamətə zərbə vuraraq, qardaşının tarazlıq siyasətindən imtina etdi. Bu xüsusilə liberallar tərəfindən sərt reaksiya gördü. Mühafizəkar baş nazir Villele dini və maddi marağı üstün tuturdu. 1827 seçkilərində o, liberallara güzəşt etməli olan Martignak ilə əvəz olundu. Bununla birlikdə Martignak hökuməti ümumi səs hüquqlarını genişləndirmək istəyən mötədillər və mövqelərini möhkəmləndirmək istəyən royalistlərin təmsil etdiyi burjua-aristokratiya ziddiyyətini həll edə bilmədi.

Polignac zərbəsi

Polignacın proqramı cəmiyyətin yenidən qurulmasına, ruhanilərin dövlət işlərində çəkisinə və imtiyazlarla təchiz edilmiş güclü bir aristokratiyaya əsaslanırdı. Bir il ərzində parlamenti yığa bilməyən Polignac, Əlcəzairi işğal edərək diqqəti cəlb etməyə və bununla da daxili gərginliyi azaltmağa çalışdı.

1830-cu ilin martında toplanan Nümayəndələr Palatasında Polignacın Ali Şuranın razılığı olmadan vəzifəyə təyin olunduğunu və baş nazirliyinin etibarsız olduğunu iddia etdildi. Bu fərmanlara görə, seçkilər etibarsız sayıldı və yeni məclis qurulacaqdı, seçki sistemi yenidən qurulacaq və 30 milyon əhalisi olan Fransada seçicilərin sayı 100 mindən 25 minə endiriləcəkdi; mətbuata çox sərt məhdudiyyətlər gələcəkdi. Polignac çevriliş adlandırılan bu qərarlar ictimaiyyət arasında böyük reaksiyaya səbəb oldu.

İnqilabın birbaşa və dolayı nəticələri

İnqilabın bütün Avropa boyu mühüm nəticələri var idi. Burbon restavrasiyası bitdikdən və Burbonlar taxtdan salındıqdan sonra liberallar bütün Avropada güc qazandırdılar. Nəticədə, İspaniyaPortuqaliyada liberal konstitusiya qüvvəyə mindi, Belçika Hollandiyadan müstəqillik qazandı. Almaniyada liberal və inqilabi hərəkatlar inkişaf etdi, lakin Metternichin göstərişi ilə Prussiya tərəfindən təzyiq edildi, İngiltərədə isə çartist hərəkatı inkişaf etdi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.