İyirmi dördüncü sülalə (Misir)

Ümumi məlumat

Üçüncü aralıq dövrdə Misirdə mərkəzləşdirilmiş dövlət yox idi. Ölkə bir neçə yerə bölünmüşdü və ayrı-ayrı sülalələr tərəfindən idarə olunurdu.

XXIV sülalənin yalnız iki fironu məlumdur. Onlar Sais şəhəri və ətraf bölgələrin hakimləri idilər. XXII sülalənin zəiflədiyi bir dövrdə Tefnaxt adlı şəxs Nil deltasının qərbini ələ keçirib, müstəqil idarə etməyə başladı. Onu stellalarda "qərbin böyük hakimi" kimi adlandırırlar. Tefnaxtın hakimiyyətini daha geniş ərazilərə yaymaq istəyi uğursuzluqla bitdi. Bu dövrdə Yuxarı Misirdə XIII sülalənin hökmdarları hakimiyyətdə idilər.

XXIV sülalə təxminən 12 il mövcud olub. Tefnaxtdan sonra Bakenranef hakimiyyətə gəldi. Memfisdə ona aid stellalar tapılmışdır. Bakenranef hökmranlığı nubiyalı XV sülalənin fironu Şebitkonun hücumu ilə sona yetdi. Saisi ələ keçirən Şebitko Bakenranefi diri-diri yandırmağı əmr etdi[1].

Fironlar

Ad Şəkil Taxt adı Hakimiyyət illəri
I Tefnaxt
Şepsesre
e.ə. 732–725
Bakenranef
Vahkare
e.ə. 725–720

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.