İyirmi birinci sülalə (Misir)

Ümumi məlumat

XX sülalədən hökmdar III Ramzes hakimiyyətini möhkəmləndirmək üçün din xadimləri ilə yaxınlaşır. Kahinlər firondan geniş səlahiyyətlər və var-dövlət alırlar. Nəticədə onlar çox güclənərək artıq mərkəzin siyasəsitindən yayınmağa başlayırlar. III Ramzesdən başlayaraq Misirdə bölünmə gedikcə güclənir, mərkəzi hakimiyyət zəifləyir. Bu isə öz növbəsində ayrı-ayrı bölgələrin müstəqilləşməsinə şərait yaradır.

Tebesdəki Amon məbədi baş kahini o qədər güclənmişdi ki,artıq firona tabe olmurdu. Din xadimlərinin gücü baş kahin Amenhotepin zamanında daha da artır. Sonuncu firon XI Ramzesin hakimiyyəti dövründə baş kahin Herihor bütün vacib dövlət vəzifələrini əlində cəmləşdirmişdi. Artıq din xadimləri fironlarla yox, tanrı ilə insanlar arasında vasitəçi rolunu oynayırdı. Buna görə hökmdarlar əvvəlki kimi ilahiləşdirilən gücə malik deyildilər[1].

XI Ramzesin ölümü ilə XX sülalə də süqut etdi. Tebes və ətraf torpaqlarda hakimiyyət baş kahin Herihorda qalırsa, Nil deltasında XXI xanədan taxta çıxdı. Bununla Misirdə mərkəzləşdirilmiş dövlət yenidən bölündü. Tarixdə bu dövr üçüncü aralıq dövr adlanır.

XXI sülalənin banisi Smendes XI Ramzesin qızı evli idi. Xanədanlığın mərkəzi Tanis şəhəri idi. Ancaq Smendes və onun davamçıları hakimiyyətlərini ancaq Aşağı Misirdə yaya bildilər.

XXI sülaləsinin son fironu II Psusennes olmuşdur. Onun ölümündən sonra liviyalı I Şeşonk Nil deltasında taxtı ələ keçirdi.

Fironlar

Manefona görə XXI sülalədən olan 7 firon 130 il hakimiyyətdə olmuşlar[2].

Ad Şəkil Taxt adı Hakimiyyət illəri
Smendes
Hedcxeperre Setepenra
e.ə. 1077-1051
Amenemnisu
Neferkara Heqavaset
e.ə. 1051-1047
I Psusennes
Axeperra Setepenamun
e.ə. 1047-1001
Amenemope
Usermaatra Setepenamun
e.ə. 1001-992
Osorkon
Axeperra Setepenra
e.ə 992-986
Siamun
Netyerxeperra Setepenamun
e.ə. 986-967<center
Psusennes II
Titxeperura Setepenre
e.ə. 967-943

İyirminci birinci sülalə fironlarının zaman xətti

İstinadlar

  1. "New Kingdom of Egypt". Ancient History Encyclopedia. Retrieved 2017-05-06". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
  2. Kenneth A. Kitchen, The Third Intermediate Period in Egypt (1100–650 BC), 3rd edition, 1986, Warminster: Aris & Phillips Ltd, p.531
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.