İxtiyar Şirin
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993).
İxtiyar Şirin | |
---|---|
14 oktyabr 1992 – 30 iyun 1993 | |
Əvvəlki | Murad Babayev |
Sonrakı | Əli Ömərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyul 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 14 noyabr 2022 (70 yaşında) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | prokuror |
Rütbəsi |
Həqiqi dövlət ədliyyə müşaviri (məhrum edilib) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamallılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb.
16 oktyabr 1992-ci ildə İxtiyar Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilib.[1] 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilib.[2]
1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.
14 noyabr 2022-ci il tarixində vəfat etmişdir.[3]
Siyasi fəaliyyəti
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.[4] İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.
29 dekabr 1998-ci il tarixində Milli Konqres Partiyasını təsis etmiş və siyasi fəaliyyətini təsis etdiyi siyasi partiya ilə davam etdirmişdir.
İstinadlar
- "Azərbaycan Respublikasının Baş prokuroru İ. Ə. Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
- "İ. Ə. Şirinovun həqiqi dövlət ədliyyə müşaviri rütbəsindən məhrum edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
- "Azərbaycanın keçmiş Baş Prokuroru vəfat edib". 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-15.
- "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)