İxtira

İlk ixtiralar bugünkü insanların əcdadlarına aid edilir. Onlar təbiətdə gündəlik qidalarını əldə etmək üçün görülən işlərini asanlaşdırmaq üçün alətlər düzəltmişlər. İnsan başa düşəndən sonrakı, daş insan əlinin məhsuldarlığını kəskin artırır, onlar daş alətlərinə xüsusi forma verməklə daha yeni alətləır ixtia edirlər. Beləliklə, xəncərin ixtirası baş verir. İnsan intelliqenti zənginləşdikcə onlar təbiətdə mövcud olan qanunauyğunluqları kəşf etmiş və öz gündəlik problemlərinin həlli üçün sonsuz sayda ixtiralar etmişlər.

yeni ixtira eskizi

İxtira

  • keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması;
  • elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik;
  • bu yeniliyin aşkar edilməsi;
  • yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək.
  • məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır;
  • xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli;
  • məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik;
  • sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir.
  • mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur. Bu hüquq müəyyən vaxta və əraziyə aid edilir.

İxtira etməyi nə sənət, nə də elm kimi başa düşmək lazımdır. Bu əqli əmək olub, müəyyən problemi aşkar edib onun həllinin göstərilməsindən ibarətdir. Hər bir insan ixtiraçı ola bilər. Burada ideyaya malik olub, onu həyata keçirmək iradəsinə malik olanlar ilə başqaları fərqləndirilirlər.

21-ci əsrin ən mühüm ixtiraları

İnsan genomu tamamilə təyin edilmişdir.

“İnsan genomu” layihəsi (The Human Genome Project) 1990-ci ildən başlanmış, 2000-ci ildə isə genomun ilkin strukturu, 2003-cü ildə isə genom tam təyin edilmişdir. Lakin buna baxmayaraq, hələ də genomun bəzi hissələrinin əlavə analizi bitməmişdir. Əsasən analizlər ABŞ, Kanada və Böyük Britaniyanın universitetlərində və tədqiqat mərkəzlərində yerinə yetirilmişdi. Genomun tərkibindəki aminoturşuların və nukleotidlərin ardıcıllıqlarının təyin edilməsi dərmanların hazırlanması və insan bədəninin quruluşunu anlamaq üçün həlledici əhəmiyyət kəsb edir.

Gen mühəndisliyi yeni səviyəyə çıxmışdır.

Son illərdə CRİSP-mexanizminin köməyi ilə DNT-la manipulyasiya edən metod işlənib hazırlanmışdır. Bu metodika əvvəllər mümkün olmayan müxtəlif genlərin redaktə etməyınə imkan yaradır.

Robot insan DNT-ni The Human Genome layihəsi üçün Petri kasalarında çeşidləyir.

Puankare teoremi isbat edilmişdir.

2002-ci ildə rusiyalı riyaziyyatçı Qriqoriy Perelman minilliyin yeddi məsələlərindən birini (mühüm riyazi problemlər, hansıların həlli on illər ərzində tapılmamışdır) isbat etmişdir. Perelman göstərmişdir ki, ilkin üçölçülü səth mütləq üçölçülü sferaya evolyusiya edəcəkdir. Bu iş üçün riyaziyyat üzrə çox dəyərli və Nobel mükafatının analoqu olan “Filds medalı” ilə təltif edilmlşdir.

Erida cırtdan planeti kəşf edilib.

İlk dəfə olaraq Eridanın şəkli 21 oktyabr 2003-cü ildə çəkilmişdir, lakin fotogörüntülərdə bu planet 2005-ci ilin əvvəllərındə təyin edilmişdir. Onun kəşfi isə Pluton haqda mübahisələrdə (Plutonu planetdir ya yox) sonuncu damla oldu, bu da Günəş sisteminin ənənəvi guruluş modelinin pozulmasına səbəb oldu.

Marsda su aşkar edilmişdir.

2005-ci ildə “Mars Ekspress” Avropa kosmik agentliyinin aparatı planetin səthi yaxınlıqında böyük buz yataqları aşkar etmişdir ̶ bu da Qırmızı planetin kolonizasiya edilməsində çox mühüm əhəmiyyət kəsb edir.

Qlobal istiləşmə gözlənildiyindən daha sürətlidir.

2015-ci ildə Sürix Universiteti (İsveçrə) nəzdində Ümumidünya buzluqlar monitorinq mərkəzinin alimləri doktor Mixael Sempin rəhbərliyi altında 30 ölkədən olan həmkarları ilə hal-hazırda Yer kürəsində buzluqların ərimə sürəti XX əsrin orta göstəricilərinə görə iki-üç dəfə artmasını təyin etmişdirlər.

Kvant teleportasiyası aşkar edilmişdir

Belə teleportasiya fantastların danışdığı teleportasiyadan onunla fəqlənir ki, onda materiya və ya enerji müəyyən məsafəyə ötürülmür. Böyük məsafələrə ötürülən kvant vəziyyətlərinin ötürülməsi son 15 ildə onlarla elmi qruplar tərəfindən müvəffəqiyyətlə həyata keçirilmişdir.

Kvant teleportasiyası müdafiə olunan şifr və kvant kompüterlərinin yaradılmasında olduqca mühüm rol oynayır.

Qrafenin mövcudluğu eksperimental olaraq təsdiqlənmişdir

Onun ikiölçülü və qalınlığı bir atom olan kristallik qəfəsi qeyri-adi elektrofiziki xassələrə malikdir. İlk dəfə qrafen Andrey Geym və Konstantin Novosyolov tərəfindən 2004-cü ildə alınmışdır və 2010-cü il üçün Nobel mükafatına layiq görülmışdür. Onun elektronikada (olduqca nazik və olduqca sürətli tranzistorlarda), kompozitlərdə, eletrodlarda və s. səhələrdə istifadə edilməsi nəzərdə tutulur. Bundan əlavə, qrafen ̶ dünyada bərkliyə görə ikinci maddədir (birinci yerdə karbindir).

Kvark-qlüon plazmanın mövcudluğu sübut edilmişdir

2012-ci ildə Brukxeyven Milli laboratoriyasında (ABŞ) RHIC sürətləndiriciləri ilə işləyən fiziklərin apardığı eksperimentlər Ginnesin rekordlar kitabına “laborator şəraitində alınan ən yüksək temperatura” görə düşmüşlər.

Qızıl ionlarını sürətləndiricidə toqquşdurmaqla alimlər temperaturu 4 trilyon °C kvark ̶ qlüon plazma əmələ gəlməsinə nail olmuşlar. Onun temperaturu Günəş mərkəzində olan temperaturdan 250 min dəfə istidir. Böyük patlayışdan təxminən mikrosaniyə keçdikdən sonra Kainat belə plazma ilə dolmuşdu.

Ağciyər xərçənginin ilkin mərhələsi “iyinə görə” aşkar edilmişdir

Bir il əvvəl izrail, amerika və britaniya alimləri ağciyər xərçəngini dəqiq identifikasiya edib, onun hansı mərhələdə olduğunu təyin edən qurğunu işləyib hazırlamışlar. Qurğunun əsas hissəsi daxilinə NaNose nanoçip yerləşdirilmiş nəfəs analizatorudur. Nəfəs analizatoru 90% dəqiqliklə xərçəng düyünü praktiki olaraq bilinmədikdə belə onu “iyinə görə” təyin edə bilir. Yaxın vaxtlarda xərçəngin digər növlərini “iyinə” görə təyin edə bilən analizatorların da işlənməsinin gözləyə bilərik.

İlk tam avtonom süni ürək işlənib hazırlanmışdır

“Abiomed” amerika şirkətinin mütəxəssisləri dünyada ilk dəfə AbioCor tam avtonom implantasiya üçün sabit süni ürək işləyib hazırlamışlar. Süni ürək öz ürəklərinin müalicəsi və ya donor ürəyinin implantasiyası mümkün olmayan xəstələr üçündür.

Təfəkkür gücü ilə tənzim olunan biomexaniki qurğu və protezlər yaradılmışdır

2013-cü ildə əks əlaqəli (hansılar ki, insanlara protezdən alınan hissi duymağa imkan verir) “ağıllı” protezlərin ilk sınaq nümunələri meydana çıxarılmlşar. 2010-cu illərdə fikri interfeyslə idarə olunan və insandan ayrılıqda fəaliyyət göstərən qadjetlər yaradılmışdır - kompüter oyunları və trenajorlar, manipulyatorlar, nəqliyyat və s.). Bunlar bəzən invaziv kontaktlar ilə, lakin daha çox hallarda bu quru elektrodlu baş halqasına oxşar nümunələrdir.

Amerikalı Zak Voter bionik ayağ protezini Çikaqoda yerləşən Villis-Tauer göydələnin 103-cü mərtəbəsinə pilləkənlə çıxaraq sınaqdan keçirmişdir.

Petaflops maneəsi keçilmişdir

2008-ci ildə Los-Alamosda (ABŞ) sürəti saniyədə kvadrillyondan (min trilyondan) çox əməliyyat aparan yeni superkompüter işə salınmışdır.

Sonrakı maneə, eksaflops (saniyədə kvintilton əməliyyatlar aparan) komputer yaxın illərdə əldə olunacaq. Belə ağıla gəlməz sürətlər ilk növbədə yüksək məhsuldarlıqlı hesablamalar – elmi eskperimentlər nəticələrin işlənməsi, təlim modelləşdirilməsi, maliyə əməliyyatları və s. aparmaq üçün istifadə edilə bilər.

İxtiraçılıq hüqüqu

  • mülki hüququn ixtira və səmərələşdirmə təklifləri ilə bağlı münasibətləri nizamlayan hissəsi. Kəşflərin və sənaye nümunələrinin hüquqi mühafizəsi normaları ixtiraçılıq hüququna yaxındır;
  • texniki yaradıcılıqla əlaqədar əmələ gələn münasibətləri tənzimləyən hüquq normalarının məcmusu. İxtiracılıq hüququnun əsas prinsip və müddəaları Azərbaycan Respublikasının mülki qanunvericiliyində və digər normativ-hüquqi aktlarında nəzərdə tutulmuşdur.

İxtiraçı

  • bir şeyi ixtira edən adam.

İxtiraçılıq

  • texnika, mədəniyyət, tibb, müdafiə və s. sahələrdə məsələnin yeni fərqlənən və müsbət nəticə verən yaradıcılıq fəaliyyəti. İxtiraçının fəaliyyəti, yaradıcılıq işi. Məsələn, ixtiraçılıq sahəsində boyük işlər.

Ədəbiyyat

  • Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.