İxtioftirioz

İxtioftiriozkarp, çəki, dabanbalığı, sıf, çapaq, şirbit, qızılxallı, qızılbalıq və başqa şirin su balıqlarında təsadüf edilir. Xəstəliyin törədicisi balıqların dəri və qəlsəmələri üzərində parazitlik edən "ixtioftirius multifılis" adlı kiçik infuzordur. Bu infuzorlar konus şəkilli bədənlərinin bir tərəfilə balığın qəlsəməsinə, dəri və ya üzgəcinə yapışaraq tezliklə onun epiteli toxumasına daxil olur və sürətlə böyüməyə başlayırlar. Nəticədə balıqların dəri və qəlsəmələrində iltihab əmələ gəlir və xəstəlik kəskin keçdikdə balıqlar kütləvi halda qırılır. Parazit müəyyən inkişaf mərhələsinə çatdıqdan sonra balığın bədənindən çıxaraq suya düşür, tədricən suyun dibinə çökür və sistalaşır. Sistanın daxilində dəfələrlə bölünmə gedir, nəticədə hər sistadan yüz və minlərlə kiçik infuzor əmələ gəlir. Sonra sistanın xarici təbəqəsi partlayır və infuzorlar suya tökülür və proses yenidən başlayır. İxtioftirioz xəstəliyinə qarşı profılaktiki mübarizə və müalicə tədbirləri kostioz, xilodonelloz və trixodinoz xəstəliklərində olduğu kimidir.[1]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.