İxlas məscidi

İxlas məscidi (rus. Мечеть Ихлас, başq. Ихлас мәсете) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən bir məscid.[1][2]

İslam
İxlas məscidi
rus. Мечеть Ихлас
başq. Ихлас мәсете
Din
Başçısı Qəlliyamov Məhəmməd Mustafoviç
Yerləşməsi
Ölkə  Rusiya
Bölgə  Başqırdıstan
Şəhər Ufa
Memarlıq
İnşa tarixi 19972001
Vəziyyəti fəaliyyət göstərir
İxlas məscidi xəritədə
İxlas məscidi
İxlas məscidi
Saytı
ihlasufa.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

İxlas məscidi 1997-ci ildə, köhnə "Luç" kinoteatrının sahibliyi Ufa şəhəri, Kirov rayonu müsəlman dini təşkilatına köçürüldüyü zaman yaradılmışdır. Bina yenidən qurulmuş və 6 iyul 2001 tarixində məscid olaraq təntənəli şəkildə açılmışdır. Məscidin başçısı, açılmasında əhəmiyyətli bir rol oynayan imam-xətib Qəlliyamov Məhəmməd Mustafoviçdir. Hal-hazırda məscidin əsas binasını yenidən qurmaq üçün işlər aparılır. Məsciddə iki dənə 40 metrlik minarələr tikirilir. İslami kitabxananın açılışı üçün 6,000 kitab hazırlanır. Bu kitabların hazırlanmasında böyük rol oynayan "İxlas" nəşriyyat evi 2004-cü ildən etibarən fəaliyyət göstərir və indiyə kimi çoxlu dini kitablar çap etmişdir. 2009-cu ildə, İlxas məscidi altında dini, Başqırd ve Tatar mahnıları oxuyan İlahilər yaradıcı qrubu fəaliyyətə başlamışdır.[1][2]

Məscid hal-hazırda

Hal-hazırdı məscid Almalık yaşayış məntəqəsinin 1-ci və 2-ci mikrorayonlarında 4 binalı kompleksdir. Əsas binanın əsas girişinin qarşısında islamı simvolikləşdirən aypara və beşguşəli ulduz abidəsi mövcuddur. "İxlas" Birliyi öz nəşriyyatına və televiziya studiyasına malikdir. Məsciddə, mədrəsə, islamın əsasları kursları, Qurani-Kərimərəb əlifbası dərsləri fəaliyyət göstərir. Məsciddə, uşaqlar və yetkinlər təlim görür. 19 avqust 2012 tarixindən etibarən məscidin veb-saytında xidmətlərin yayımlanmasına dair onlayn yayım təşkil edilmişdir. İxlas yalnız mənəvi deyil, eyni zamanda mədəni mərkəzdir. Məsciddə müntəzəm olaraq Rusiya və xarici dini xadimlər və islam alimləri, müxtəlif elmi və praktik konfranslar, mədəniyyət, incəsənətelm nümayəndələri tərəfindən təqdimatlar təqdim olunur. İxlas məscidi, Səudiyyə Ərəbistanına illik həcc səyahətləri təşkil edir.[1][2]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "История" (rus). Мечеть «Ихлас» (azərb. İxlas məscidi). 2013-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-19. (#apostrophe_markup)
  2. Bulat Yulbarisov. "Новый глава попечительского совета уфимской мечети «Ихлас» будет строить минареты" (rus). БашИнформ. 2007-02-17. 2013-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.