İvonka Survilla

Survilla İvonka (belar. Івонна Уладзіміраўна Шыманец; 11 aprel 1936, Stolbtsı[d], Polşa Respublikası) — belaruslu ictimai və siyasi fəal, mühacir, dilçi, rəssam. Hazırda Kanadada yaşayır. 1997-ci ildən bəri Belarus Xalq Respublikasında (BXR) Rada sədri kimi fəaliyyət göstərir.

İvonka Survilla
belar. Івонка Сурвіла
Şəxsi məlumatlar
Doğum adı Iwonka Szymaniec
Doğum tarixi 11 aprel 1936(1936-04-11) (87 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, rəssam, filoloq, ədəbiyyatşünas, man of letters[d]
Həyat yoldaşı
  • Yanka Survilla[d]
Uşağı
  • Polina Survilla[d]
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq[1], rəssamlıq[1], siyasət[1]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1936-cı ildə Polşaın Stolbtsı ərazisində anadan olmuşdur. Atası Vladimir Şimaneç, V.Zaxarkinin rəhbərliyi altında BXR hökumətində Maliyyə naziri olmuşdu. 1944-cü ildə bütün ailə Belarusdan Şərqi Prussiya, sonra Danimarka qaçqın düşərgəsində bir neçə il yaşamış, daha sonra Fransaİspaniyaya qaçmışdır. O, Sorbonnada (filologiya) təhsil almışdı. 1969-cu ildən etibarən Kanadada məskunlaşmış, tərcüməçi vəzifəsində çalışmışdı. 1974-cü ildə Kanadada Belarus Elm və İncəsənət İnstitutunun sədri seçilib. 1984-cü ildə Kanadanın etnik-mədəni Rada idarə heyətinə seçildi. Belarusda Çernobıl qurbanlarına kömək etmək üçün Kanada Fondunu təsis etdi. Bu xeyriyyə təşkilatı müxtəlif formalarda tibbi yardım göstərir, Kanada və Belarus arasında qarşılıqlı tibb işçilərinin səfərləri, qida yardımı və Kanada daxilində müxtəlif yerlərdə uşaqlara sağlamlıq baxımlarını təmin edir.

1997-ci ildən bəri Belarus Respublikasında Rada sədri olmuşdur.[2] O, Sovet İttifaqının ləğvi və müstəqil Belarus Respublikası yaradılmasından sonra Rada-nın ilk qadın prezidenti olmuşdur. Belarus Xalq Respublikasının elanının 91-ci ildönümü ərəfəsində İvonka Survilla Belarusluları demokratik dəyərlərə səy göstərməyə çağırdı.[3]

1959-cu ildə Survilla İvonka, Belaruslu iqtisadçı, aktivist və radio yayımçısı olan Janka Survilla ilə evləndi. İvonka Survillanın iki qızı var. Qızlarından biri olan Dr. Mariya Paula Survilla, Ayova ştatında etnomusiqi professorudur. Həyat yoldaşı 1997-ci ildə Ottava şəhərində vəfat etmişdir. Survilla 30-dan çox sərgidə rəssam kimi iştirak etmişdir.[4]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.