İvan Kosıx

İvan Sergeyeviç Kosıx (rus. Ива́н Серге́евич Косы́х; 11 noyabr 1925, Alapayevsk, SSRİ15 yanvar 2000, Moskva) — sovet və Rusiya kinoaktyoru, epizodik rolların ustası, RSFSR-in əməkdar artisti (1991).

İvan Kosıx
rus. Ива́н Серге́евич Косы́х
Doğum tarixi
Doğum yeri Alapayevsk, Ural vilayəti, RSFSR, SSRİ
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Milliyyəti rus
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti kinoaktyor
Fəaliyyət illəri 1951-1997
Təhsili
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
IMDb ID0467577

Həyatı

İvan Kosıx 11 noyabr 1925-ci ildə Alapayevskdə (hazırda Sverdlovsk vilayəti) anadan olub. 2 saylı Alapayevsk orta məktəbini bitirib. 1942-ci ildə M.P.Musorqski adına Ural Dövlət Konsevatoriyasının Xalq çalğı alətləri fakültəsinin bayan sinfinə daxil olub.

1943-cü ilin mart ayında könüllü olaraq cəbhəyə yollanıb. DİXK-nin 34-cü diviziyasının 85-ci polkunun təkibində döyüşüb.

1946-cı ilin mayında ordudan təlxis olunandan sonra Sverdlovsk Kinoaktyor Məktəbinə daxil olub. 1948-ci ildə S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsinin üçüncü kursuna keçib. 1951-ci ildə bu institutu bitirəndən sonra Kinoaktyor Teatr-studiyasında ştata alınıb və 1990-cı ildə təqaüdə çıxana qədər burada çalışıb.

Təxminən iki yüz filmdə epizodik rolda çəkilib.

Aktyor Viktor Kosıxın ögey atasıdır.

İvan Kosıx 15 yanvar 200-ci ildə vəfat edib. Xovan qəbristanlığında dəfn olunub.

Filmoqrafiya

  1. Əsgər atası (film, 1964)
  2. İyirmialtılar (film, 1966)
  3. Skripkanın sərgüzəşti (film, 1972)
  4. Od içində (film, 1978)

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.