İvan Karyagin

İvan İvanoviç Karyagin — AMEA-nın müxbir üzvü.

İvan Karyagin
Doğum tarixi 9 aprel 1894(1894-04-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 aprel 1966(1966-04-23)[1][2][…] (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elmi dərəcəsi
  • biologiya üzrə fəlsəfə doktoru[d]
Təhsili
  • Moskva İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d]

Həyatı

İvan Karyagin 1894-cü il aprelin 9-da Penza vilayətində anadan olmuşdur. 1927-ci ildə Moskva Unveristetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri bölməsini bitirmiş, 1919-1923-cü illərdə Çembera məktəbində təbiətşünaslıq və riyaziyyadan dərs demişdir. 

Məşhur botanik, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü İvan İvanoviç Karyaginin həyat və yaradıcılığı 1923-cü ildən etibarən Azərbaycan və onun florasının tədqiqi ilə bağlı olmuşdur. O, 1923-1932-ci illərdə Bakı və Gəncənin ali məktəblərində çalışmış və laborantlıqdan Botanika kafedrasının dosenti vəzifəsinə qədər yüksəlmişdir. 1932-ci ildə İ.İ.Karyagin SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsinə işə dəvət olunmuşdur. 1946-cı ildə o, herbari laboratoriyasını yaratmış və həmin ildən ömrünün axırına kimi ona rəhbərlik etmişdir. 

İ.İ.Karyagin dərman bitkiləri üzrə geniş tədqiqatlar aparmış və 1946-cı ildə bu sahə üzrə biologiya elmlər namizədi adı almışdır. 1950-1961-ci illərdə İ.İ.Karyagin 8 cildli “Флора Азербайджана” kitabının hazırlanmasına və təşkilinə başlamışdır və o, bütün cildlərin redaktoru, eyni zamanda, “Flora”nın təşkilində iştirak edən ən qabaqcıl müəlliflərdən biri olmuşdur. 1952-ci ildə onun redaktəsi ilə “Abşeron florası” adlı kitab çapdan çıxmışdır. 

İ.İ.Karyagin yeganə elmlər namizədidir ki, botanika sahəsində xidmətlərinə görə 1958-ci ildə Azərbaycan Respublikası EA-nın müxbir üzvü seçilmişdir.

İ.İ.Karyagin Ümumittifaq Botanika Cəmiyyətinin üzvü olmuşdur.

İ.İ.Karyagin Azərbaycan bitki ehtiyatlarının öyrənilməsinə dair geniş tədqi­qatlar aparmış, kauçuklu, kitrəli, dərman və başqa faydalı bitkilər aşkar etmiş­dir. О, "Лекарственные растения Азербайджана" (həmmüəlliflərlə] (1942], "Инструкции по сбору гербария лекарственных растений" (1943]; "Лекар­ственные растения Абшерона” və s. monoqrafiyaların, "Флора Апшерона” (1952] kitabının müəllifidir.

İvan Karyagin 23 aprel 1966-cı ildə vəfat etmişdir.[3][4]

İstinadlar

  1. Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing.). 1999.
  2. Ivan Ivanovič Karjagin // author citation.
  3. "Arxivlənmiş surət". 2016-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-27.
  4. http://www.ameankpi.org/index.php?page=addread&id=940%5B%5D
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.