İvan Şişkin

İvan İvanoviç Şişkin (rus. Иван Иванович Шишкин; 25 yanvar 1832, Alabuqa1 aprel 1898, Sankt-Peterburq) — rus rəssamı, mənzərə ustası, Düsseldorf rəssamlıq məktəbinin nümayəndəsi, akademik (1865), professor (1873).

İvan Şişkin
rus. Иван Иванович Шишкин
Doğum tarixi
Doğum yeri Alabuqa
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Sankt-Peterburq
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Milliyyəti Rus
Vətəndaşlığı  Rusiya İmperiyası
Fəaliyyəti rəssam, rəssam-qravüraçı[d], vizual incəsənət rəssamı, qrafika ustası[d]
Təhsili
  • Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbi[d] (–1856),
  • İmperator Rəssamlıq Akademiyası[d] (18571860)[1]
Janr peyzaj
Stil realizm
Tanınmış işi
Mükafatları III dərəcəli Müqəddəs Stanislav ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

İvan Şişkin 25 yanvar 1832-ci ildə Rusiya İmperiyasının Vyat quberniyasının Alabuqa şəhərində anadan olmuşdur.

İvan Kramskoy. İ.İ.Şişkinin portreti.(1873, Tretyakov qalereyası)

Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Yaradıcılığının erkən dövründə Şişkin XIX əsrin ortaları romantik mənzərə rəssamlığı ənənələrini davam etdirmişdir. 1860-cı illərdən yaradıcılığının əsas mövzusunu rus meşəsi təşkil etmişdir [2]. Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (rus. Полдень. В окрестностях Москвы, 1869) adlanır[3].

Günəş şüaları elə məharətlə təsvir olunub ki, sanki ətraf həqiqətən parlaq işıq selinə bürünüb. Bundan sonra rəssam öz əsərlərində parlaqlığa, gözqamaşdırıcı işıq effektlərinə, həyatın dolğunluğunun təcəssümü olan yay fəslinə üstünlük verəcək. Onun “Vyatka quberniyasında şam meşəsi” (rus. Сосновый бор. Мачтовый лес в Вятской губернии, 1872), “Çovdar zəmisi” (rus. Рожь, 1878), “Ucsuz-bucaqsız meşə” (rus. Лесные дали, 1884) əsərləri məhz bu tərzdə yaradılıb.

Şişkinin əsərləri arasında tamaşaçıda sanki həqiqətən qaranlıq çökmüş meşədə azmış kimi vahimə hissi yaradan sıx meşəyə də təsadüf olunur. “Meşənin dərinliyində” (rus. Лесная глушь, 1872) belə əsərlərdəndir. Bu əsərə saatlarla tamaşa etmək olar, amma hər dəfə yenə də, məsələn, pusquda durmuş tülkü və uçaraq ondan uzaqlaşan ördək kimi nə isə yeni bir ştrix tapırsan. Doğrudur, bir çoxları hesab edirdi ki, rəssam lüzumsuz xırdalıqlara çox əhəmiyyət verir və buna görə də onu qınayırdılar. 1880-ci illərin əvvəllərində artıq “ovqat mənzərəsi” janrı yaranmağa başlayırdı.

1880-ci illərin ikinci yarısında Şişkin dövrün ümumi nəbzini tutur və sənət yoldaşı İ.N.Kramskoyun dedeyi kimi, ümumi atmosferə, təbiətin tamaşaçıya bəxş etdiyi “əhval-ruhiyyəyə” xüsusi diqqət yetirməyə başlayır. Amma o, dəbdə olan meyillərə təslim olmur və özünə sadiq qalır. Əvvəlki kimi kətan üzərində aydın, qabarıq, mürəkkəb, mükəmməl və eyni zamanda çox sadə mənzərələr yaradır: “Palıdlar” (rus. Полдень. В окрестностях Москвы “Дубы”,1887), “Günəşin işıqlandırdığı şam ağacları” (rus. Сосны, освещенные солнцем “Сосны, освещенные солнцем”), “Mordvin palıdları” (rus. Мордвинские дубы, “Palıd meşəsində yağış” (rus. Дождь в дубовом лесу, hamısı 1891), “Payız” (rus. Осень,1892)...

Bu tablolar heyrətamizdir. Onlara tamaşa edəndə düşünürsən ki, gördüklərin bir gerçəklikdir. İ.Şişkin çar II Aleksandrın sevimli rəssamı olur, hətta şahzadələrin rəsm müəllimi təyin edilir. Ustadın son əsəri “Şam meşəsi” (“Корабельный лес“, 1898) adlanır. Bu əsər üzərində iş başa çatandan dərhal sonra Şişkin dünyasını dəyişir. Ani ölüm onu növbəti əsərini yaratdığı zaman molbert qarşısında haqlayır.

Rəssam faciəli ömür yaşayıb: iki sevimli xanımını, oğullarını torpağa tapşırıb. Amma onun həyat eşqi ilə çağlayan bənzərsiz mənzərələrinə tamaşa edəndə, bütün bunların dərdli adamın məhsulu olduğunu düşünmək çətindir. Qəribə bir paradoksdur, amma bəlkə də sadəcə böyük sənətkarın fırçasından çıxmış bir ovsundur. Şişkinin mənzərələrində insan təsvir olunmayıb, amma onun varlığı daim hiss olunur: Şişkinin tablolarına baxan tamaşaçı özünü bu mənzərənin içində təsəvvür edir.

Görkəmli mənzərə ustası İvan Şişkin 1898-ci ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.

Qalereya

Ədəbiyyat

Xarici keçidlər

İstinadlar

  1. Шишкин, Иван Иванович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1903. Т. XXXIXа. С. 607–608.
  2. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 548.
  3. İvan Şişkin | Mənzərə ustası
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.