İturup

İturup (aynu. Этороп, yap. 択捉島 Etorofu) — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti Kurilsk şəhər dairəsinə daxildir. Ancaq adalara Yaponiya iddia edir və adanı Hokkayda prefekturasının Nemuro subprefekturasına daxil ərazi hesab edir[1][2][3][4]. Adannın müxtəlif adalarının olmasına baxmayaraq bu daha geniş yalılanıdır. Ayn dilində işlənən "etorop" sözü, tərcümədə Meduza anlamını verir[5].

İturup adası
rus. Oстров Итуруп, aynu. Этороп, yap. 択捉島
Ümumi məlumatlar
Sahəsi 3200 km²
Uzunluğu
  • 200 km
Eni 27 km
Hündür nöqtəsi 1634 m
Əhalisi 6.387 nəfər (2007-ci il)
Yerləşməsi
45°00′00″ şm. e. 147°53′00″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
İturup adası xəritədə
İturup adası
İturup adası
İturup adası xəritədə
İturup adası
İturup adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Ada şimal-şərqdən cənub-qərbə doğru 200 km məsafədə uzanır. Eni 7–27 km arasında dəyişir. Sahəsi 3200 km² təşkil edir. Ada vulkanik masdivlərdırdən təşkil olunmuşdur. Burada 20 vulkan vardır[5]. Onlardan doqquzu fəaliyyətdədir: Kudryavıy (986 m), Menşi Brat (562 m), Çirip (1589 m), Boqdan Xmelinski (1585 m), Baranski vulkanı (1134 m), İvan Qroznı (1159 m), Stopak (1634 m)[5], Atsonupuri (1205 m), Berutabure (1223 m). Adada çoxlu şəlalə vardır. Onlardan İlya Murames şəlaləsi Rusiyanın ən hündür şəlalələrindən biridir (141 m). Şəlalə Medvejı yarımadasında yerləşir. Lvinays Past köfəzinə çıxacaqda Şir-Daşı adası qərarlaşır. Adanın hündürlüyü 182 m[6] təşkil edir. iturup Urup adasından Friza boğazı (40 km), Kunaşir adasından isə Yekaterina boğazı ilə ayrılır (22 km).

Nəqliyyat

Ada ilə hava əlaqəsi Burevestnik hava limanı ilə yaradılır. Bu liman Rusiya Müdafiə Nazirliyinə aiddir[7]. Dəniz əlaqəsi isə "İqor Farxuddinov" və "Polaris" teploxodları ilə təşkil edilir. 22 sentyabr 2014 ildə adada mülki xidmətlər üçün İturup hava limanı inşa edilmişdir[8]. 22 sentyabr səhər radələrində buraya ilk uçuş həyata keçirilmişdir. Bura ilk reysi Avrora aia kompaniyası Yujno-Saxalindən həyata keçirmişdir.

Əhali

Adada 6387 nəfər yaşayır. (2007). Adanın əhalisi qitədən köçənlərdir.

Yaşayış məntəqələri

Adanın Kurilsk körfəzi sahilində (Oxot dənizi) Kurilsk şəhəri yerləşir. Bu yaşayış məntəqəsi adanın yeganə şəhəri olmaqla yanaşı həmdə inzibati mərkəz rolunu oynayır. Burada kənd tipli yaşayış məntəqələrindən Reydovo, Kitovoye, Rıbaki, Qoryaçiye Kyuçi, Buverestnik, Şumi Qorodok, Qornoyedir. Yaşayışı olmayan məntəqələr: Aktivnıy, Slavnoye, Sentyabrski, Vetrovoye, Pioner, Jarnie Vodı, Yodnays, Lesozavodnoye, Beryozovka.

İqtisadiyyat

2007-ci ildə Kuril adalarında sosial iqtisadi ikişaf planına uyğun olaraq İturup adasında Hava limanınıb tikilməsi planı bəyan edilir. Hava limanının tikintisinə 1,2 milyard rubl xərçləməyi düşünülürdü[7]. 22 sentyabr 2014-cü ildə ilk dəfə Avrora şirkətinə aid təyyarə göyərtəsində 50 nəfər sərnişinlə hava limanına eniş etmişdir[9].

Ədəbiyyat

  • М. Симада., Любовь на Итурупе.: М.-2006., 220 с.

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.