İtum-Kali rayonu

İtum-Kali rayonu (çeç. Итон-Кхаьллан кӏошт[3]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi İtum-Kali kəndidir.

İtum-Kali rayonu
Итон-Кхаьллан кӏошт

42°44′06″ şm. e. 45°34′37″ ş. u.


Ölkə
İnzibati mərkəz İtum-Kali[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1923
Sahəsi
  • 1.277 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.678 nəf. (2020)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87164
Rəsmi sayt
İtum-Kali rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

İtum-Kali rayonu Çeçenistanın cənub-qərb hissəsindəki dağlıq zonada yerləşir. Qalançoj rayonu təşkil edildikdən sonra sahəsi 1276.9 km² olmuşdur. Ərazi qərbdən şərqə doğru 60 km, şimaldan cənuba isə 40 km məsafədə uzanır. Rayon şimalda respublikanın Şatoy və Açxoy-Martan rayonları ilə həmsərhəddir. Şərqdə - Şaroy rayonu, qərbdə - İnquşetiya Respublikası və cənubda - Gürcüstanla sərhədə sahibdir.

Rayonun inzibati sərhədi Xaxaltı dağından Yaperlan silsiləsi ilə Yasenkord dağı, Martan çayının mənbəyinə, sonradan isə Qumartairkort silsiləsi Çinxoy-Lam dağı, Vyarda-Exk yatağı ilə, İnzaexk mənbəyinə qədər. Bundan əlavə sərhəd Dayxox dağı ilə, Canjare keçidi və Çerxunışkort dağları və Şaroy-Arqun yatağı boyunca uzanır. Sərhəd Tuşeti və Mutsoy silsilələri boyu dəniz səviyyəsindən 3552 m hündürlükdə davam edir və Rusiya Federasiyasının Gürcüstanla dövlət sərhədi ilə üst-üstə düşür. Sonra Vejlan silsiləsi boyunca dəniz səviyyəsindən 4007 m yüksəklikyə çatır[4]. Hündürlüyü 4493 m olan Tebulomsta dağı rayon ərazisində yerləşir. Zirvə nəyinki Çeçenistanın həmçinin Şərqi Qafqazın ən hündür zirvəsidir.

Tarix

İtum-Kalin rayonu 1923-cü ildə təşkil edilmişdir[5].

1944-cü ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə İtum-Kalin rayonu ləğv edildi və ərazisi Axalçevski rayonuna daxil olaraq Gürcüstan SSR-ə birləşdirildi. 1957-ci ildə Çeçeno-İnguş Muxtar Sovet Sosialist Respublikası yenidən bərpa edilir. Onun ərazisi özünə qaytarılır. İtum-Kali rayonunun ərazisində Sovetski rayonu təşkil edilir. 1990-cı ildə 1944-cü il sərhədləri daxilində rayon ərazisi bərpa edilir və əvvəlki adı özünə qaytarılır.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 5 080 92,65 %
ruslar 123 2,24 %
avarlar 81 1,48 %
digərləri 172 3,14 %
bildirməyənlər 27 0,49 %
ümumi 5 483 100,00 %


Yaşayış məntəqələri

İtum-Kali rayonu ərazisinə ümumilikdə 31 yaşayış məntəqəsi daxildir. Rayon ərazisində ümumilikdə 13 inzibati ərazi vahidliyi vardır. Burada olan yaşayış məntəqələrinin hamısı kəndlərdir.

Qalalar

Dyora, Soy-Peda, Puoq.

Mənbə

  • Код ОКАТО 96 211 — Итум-Калинский район Чеченской Республики
  • Итум-Калинский район Arxivləşdirilib 2011-08-19 at the Wayback Machine
  • "Инвестиционный паспорт Итум-Калинского района". 2009-09-17 tarixində arxivləşdirilib.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.