İtum-Kali
İtum-Kali (çeç. Итон-Кхаьлла) — Çeçenistan Respublikası, İtum-Kali rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İtum-Kali rayonunun və İtum-Kali kənd sovetliyinin mərkəzidir. İtum-Kali kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.
İtum-Kali | |
---|---|
Итон-Кхаьлла | |
42°44′08″ şm. e. 45°34′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 717 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 87164 |
Digər | |
itum-kale.ru | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Kənd Argun çayının hər iki sahilində, Heldixoyerk qolunun ona birləşdiyi yerdə, Şatoy kəndindən 24 km cənub-qərbdə və Qroznı şəhərindən 75 km cənub-qərbdə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: cənub-şərqdə Veduçi, şimalda Kokadoy və şərqdə Tazbiçi.
Tarixi
İtum-Kalinin cənubunda və kəndin yaxınlığında orta əsrlərə aid bir çox abidələr var - qüllələr, qəbirstanlıqlar. Qədim Şulkaq kəndi hazırda İtum-Kalinin bir hissəsidir. Ehtimal ki, M. Yu. Lermontovun "Dağ kəndinə mənzərə" rəsmində təsvir məhs bura təxvir edilmişdir.
1858-ci ildə Arqun çayının sağ sahilində İtum-Kalidən cənubda «Yevdokimskoe istehkamı»[4][5] inşa edilmişdir. 1944-cü ildə Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra İtum-Kali kəndi Alaxevi olaraq adlandırılır. Üstəlik Gürcüstan SSR tərkibinə verilir. 1967-ci ildə burada Arqun tarix-arxeoloji muzey-qoruq təşkil olunur.
İkinci çeçen müharibəsi zamanı, İtum-Kali 10 fevral 2000-ci ildə[6] federal qüvvələr tərəfindən ələ keçirilir.
1999-cu ildə Yaroslavl vilayətində yaşayan Vladimir Epişin qazanc təklifinə razı olaraq aldadılır və köləlik vəziyyətinə salınır. 2 ildən artıq bir müddət Itum-Kali kəndinin bir yerli sakin tərəfindən qul edilir tutuldu. Daha sonra başqa bir qul sahibinə satılaraq, qonşu Gürcüstana aparılır və yalnız 2002-ci ildə sərbəst buraxılır[7].
Martın 31 2000-ci ildə kəndin yaxınlığında, polis general-mayorunun Gennadi NikolaeviÇ Şpiqunun cəsədi tapılır. O, 5 mart 1999-cu ildə bir başa Qroznı hava limanından çeçen döyüşçüləri tərəfindən qaçırılmışdır[8].
Əhali
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[9]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 689 | 64,51 % |
ruslar | 122 | 11,42 % |
avarlar | 81 | 7,58 % |
ləzgilər | 50 | 4,68 % |
tabasaranlılar | 47 | 4,40 % |
qumuqlar | 24 | 2,25 % |
azərbaycanlılar | 15 | 1,40 % |
digərləri | 40 | 3,75 % |
ümumi | 1 068 | 100,00 % |
Görməli yerləri
Evlərin əksəriyyəti kəsilməmiş daşdan hörülmüş, gil ilə suvanmışdır. Evlərin ətraf hissəsi alçaq daş hasarla əhatə olunmuşdur. Burada bərpa olunan kənd məscidi fəaliyyət göstərir[10].
Kənddə Rusiya Qəhrəmanı Maqomed Uzuyevin büstü qoyulmuşdur. Burada Maqomed Uzuyevin adını daşıyan Argun sərhəd sərhəd məntəqəsi fəaliyyət göstərir[11]
İstinadlar
- http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- GEOnet Names Server. 2018.
- https://web.archive.org/web/20220901194902/https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx.
- Военно-историческая карта северо-западного и северо-восточного Кавказа 1899 г.
- "Кавказский сборник, издаваемый по указанию Его Императорского Высочества Главнокомандующего Кавказской Армией. Том III". 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- Геннадий Трошев. "Моя война. Чеченский дневник окопного генерала. Кампания в горах. 1999-2000". 2002-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07 ноября 2006.
- "Ольга Алленова. Газета «Коммерсантъ» № 42 от 13.03.2002, стр. 1. Панкисский пленник Корреспондент Ъ освободила раба с 12-летним стажем". 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- "Шпигун Геннадий Николаевич (1947—2000)". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населенным пунктам, сельским населенным пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- "Мечеть в Итум-Кали (фото)". 2016-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-08.
- X. Эскерханов Торжества в Итум-Кали Arxivləşdirilib 2006-03-27 at the Wayback Machine