İtan Houk
İtan Qrin Houk (ing. Ethan Green Hawke; 6 noyabr 1970[1][2][…], Ostin[3]) — amerikalı aktyor, yazıçı və film rejissoru. İlk rolu 1985-ci ildə çəkilmiş "Explorers" filmi ilə olub. O, 1989-cu ildə Robin Vilyams ilə birlikdə rol aldığı "Ölü şairlər cəmiyyəti" filmi ilə daha çox uğur qazanıb. İtanın ən məşhur filmləri aktrisa Cüli Delpi ilə baş rolda çəkildiyi "Əvvəl" trilogiyasıdır. Aktyor "Training Day" və "Boyhood" filmlərindəki performansına görə "Oskar" mükafatına namizədlik əldə etmişdir.
İtan Houk | |
---|---|
ing. Ethan Hawke | |
| |
Doğum adı | Ethan Green Hawke |
Doğum tarixi | 6 noyabr 1970[1][2][…] (53 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | kino aktyoru, kinorejissor, roman yazıçısı, ssenarist, yazıçı, teatr aktyoru, televiziya aktyoru, komiks yazıçısı, teatr rejissoru |
Fəaliyyət illəri | 1985-ci ildən |
Təhsili | |
Boyu | 1,8 m[4] |
Çəkisi | 74 kq[4] |
Üzvlüyü | |
IMDb | ID0000160 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İtan Houk 6 noyabr 1970-ci ildə Texas ştatının Ostin şəhərində doğulmuşdur.[5][6] Anası xeyriyyə işçisi Lesli (qızlıq soyadı: Qrin), atası Ceyms isə sığorta aktuarisi olmuşdur. Onun valideynləri Texas ştatının Fort-Uort şəhərindəndirlər. Onlar orta məktəbdə oxuyarkən bir-birlərinə aşiq olublar və gənc yaşda evlənmək qərarına gəliblər. Houkun anası ailə həyatı quranda cəmi 17 yaşı var idi.[7] İtan onların evliliyindən bir il sonra dünyaya gəlmişdir. O, anadan olanda valideynlərinin hər ikisi Ostin Texas Universitetində tələbə idilər. Valideynləri 1974-cü ildə, onun cəmi dörd yaşı olanda ayrıldılar və sonda boşandılar.[5][8]
Boşanmadan sonra İtan anası tərəfindən böyüdülmüşdür. İkisi daimi bir ev tapmazdan əvvəl bir neçə dəfə köçməli olur, sonda nəhayət Nyu-York şəhərində məskunlaşdılar. İtan Brooklyn Heights-də yerləşən Packer Collegiate İnstitute-a getməyə başladı.[9] İtan 10 yaşında olanda onun anası ikinci dəfə ailə həyatı qurdu. Bundan sonra ailə Nyu-Cersi ştatının Township şəhərinə köçür.[10] İtan burada yerləşən West Windsor Plainsboro High School-da təhsil almışdır. O, sonralar, Hun School of Princeton adlı məktəbə getməli olur. Bu məktəbi 1988-ci ildə bitirmişdir.[11][12]
İtan orta məktəbdə oxuyarkən əvvəlcə yazıçı olmaq arzusunda idi. Lakin zaman keçdikcə o, aktyorluğa olan marağını kəşf etdi. İstedadını 13 yaşında ilk dəfə səhnədə nümayiş etdirmək imkanı qazandı. Bu, McCarter Teatrında baş verdi, burada Corc Bernard Şounun "Sent Joan" pyesinin tamaşasında çıxış etdi.[13] O, həmçinin West Windsor-Plainsboro məktəbində "Meet Me in St. Louis" və "You Can't Take It With You" kimi məktəb tamaşalarında rol alıb. Hun məktəbində oxuyarkən o, məşhur McCarter Teatrında aktyorluq kurslarına yazılır. Bu teatr Prinston məktəbinin yaxınlığında yerləşirdi.[14] Məktəbi başa vurduqdan sonra o, Pittsburqdakı Karnegi Mellon Universitetində oxuyaraq aktyorluğa olan həvəsini davam etdirdi. Ancaq o, "Ölü Şairlər Cəmiyyəti" filmində rol aldıqdan sonra çiçəklənən aktyorluq karyerasına diqqət yetirmək üçün universiteti yarımçıq qoymaq qərarına gəldi.[15] O, həmçinin iki il Nyu-York Universitetində ingilis dili təhsili almışdır, lakin karyerasına görə buranı tərk etmişdir.
Filmoqrafiya
- Ölü şairlər cəmiyyəti (1989)
- Sübhdən əvvəl (1995)
- Gattaca (1997)
- Böyük ümidlər (1998)
- Training Day (2001)
- Gün batımından əvvəl (2004)
- Taking Lives (2004)
- Lord of War (2005)
- Before the Devil Knows You're Dead (2007)
- Brooklyn's Finest (2009)
- Sinister (2012)
- Gecəyarısından əvvəl (2013)
- Boyhood (2014)
- Valerian və min planetlər şəhəri (2017)
- Ay cəngavəri (2022)
- The Black Phone (2021)
- The Northman (2022)
İstinadlar
- Ethan Hawke // Internet Broadway Database (ing.). 2000.
- Ethan Hawke // Encyclopædia Britannica (ing.).
- Deutsche Nationalbibliothek Record #120866943 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- https://taddlr.com/fr/celebrity/ethan-hawke/.
- Schindehette, Susan. "Mom on a Mission". People. June 17, 2002. November 7, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2009.
- Solomon, Deborah. "Renaissance Man?". The New York Times. September 16, 2007. December 11, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2009.
- Grossman, Anna Jane. "Vows: Leslie Hawke and David Weiss". The New York Times. January 20, 2012. December 2, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 13, 2014.
- Ethan Hawke // Inside the Actors Studio. 8 sezon. 12 epizod. April 21, 2002. Bravo.
- "Ethan Hawke Biography". Turner Classic Movies. İstifadə tarixi: March 20, 2011.
- "Hello Magazine Profile — Ethan Hawke". Hello!. Hello Ltd. December 2, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 6, 2009.
- Hurlburt, Roger. "Earning His Wings". South Florida Sun-Sentinel. June 25, 1989. səh. 3F.
- "The Ultimate New Jersey High School Yearbook — A-K". The Star-Ledger. June 7, 1998. səh. 1.
- Brockes, Emma. "Ethan Hawke: I never wanted to be a movie star". The Guardian. London. December 8, 2000. May 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2009.
- Vadeboncoeur, Joan. "Despite Film Success, Hawke Keeps A Keen Eye On Theater". Syracuse Herald American. January 22, 1995. səh. 17.
- Kennedy, Dana. "The Payoff for Ethan Hawke". The New York Times. April 14, 2002. February 5, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2009.