İtaliya Sosial Respublikası
İtaliya Sosial Respublikası (it. Repubblica Sociale Italiana) və ya Salo Respublikası – II. Dünya Müharibəsində Nasist Almaniyasının dəstəyi ilə qurulan İtalyanın şimalındakı dövlət. 1943–1945 illərdə mövcud olmuşdu. Qurucusu və prezidenti Benito Mussolini idi.
Tarixi dövlət | |||||
İtaliya Sosial Respublikası | |||||
---|---|---|---|---|---|
Repubblica Sociale Italiana | |||||
|
|||||
|
|||||
Paytaxt | Roma | ||||
Dilləri | italyan dili | ||||
Rəsmi dilləri | İtalyan dili | ||||
Dövlət dini | katolisizm | ||||
İdarəetmə forması | təkpartiyalı sistem, Prezident respublikası | ||||
Prezident | |||||
• 1943–1945 | Benito Mussolini | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Almaniyayanın başçısı Hitler köməyi ilə qurulmuşdur. Müttəfiqlər Sicilyada təşkil etdiyi "Husky Harekâtı"nda İtaliya, Siciliyanı müdafiə etməmiş və adanı tamamilə itirmişdi. Bu olanlardan sonra İtaliya, İtaliya yarımadasının cənub hissəsini də tamamilə itirdi. Bu səbəblə Mussolini və digər "Böyük Faşist Şurası" BFŞ — İtaliya faşist dairələrinin ali hakimiyyət orqanı idi. BFŞ qanunvericilik və icraedicilik funksiyalarını yerinə yetirirdi) üzvləri yeni bir ordunun hazırlanması və yeni bir dövlətin qurulmasının lazım olduğunu düşünürdü. Bu düşüncələrini reallaşdırdılar və Romanın şimalında İtalya Sosial Respublikasını qurdular. Eyni zamanda İtaliya Sosial Respublikası ilə birlikdə "Respublikaçı Faşist Partiyası"nı da quruldu.
1945-ci il 25 Aprel on doqquz aylıq İtaliya Sosial Respublikasının süqut etdiyi gündür və bu günü italiyanlar "Qurtuluş günü" kimi qeyd edirlər. 27 Aprel isə Mussolini İtaliya partizanları tərəfindən öldürülmüş və "Loreto meydanı"nda başı-aşağı asılaraq xalqa göstərilmişdi.
Xarici keçidlər
- Axis History Factbook — Italy Arxivləşdirilib 2004-02-02 at the Wayback Machine