İtaliya Kral Ordusu
İtaliya Kral Ordusu (it. Regio Esercito) — İtaliyanın birləşməsindən sonra formalaşmış və 1861–1946-cı illərdə mövcud olmuş İtaliya krallığının vahid quru qoşunları. Sonradan ordu Afrikadakı müstəmləkələrdə və Çində Boksçu üsyanının yatırılmasında iştirak etmişdir. 1882-ci ildə İtaliya Üçlər ittifaqının bir hissəsi olmuş, lakin Birinci Dünya müharibəsi başlayanda sonra neytrallığını elan etmiş və 1915-ci ildə Antanta tərəfində müharibəyə girmişdir.
İtaliya Kral Ordusu 1943-cü ilin əvvəlində İkinci Dünya müharibəsində maksimum gücünə çatmışdır. Bu zaman orduda 8 milyon əsgər və zabit xidmət edirdi.[1]
İstinadlar
- Regio Esercito: The Italian Royal Army in Mussolini's Wars, 1935–1943, Patrick Cloutier, p. 211
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.