İtaliya C Seriyası

C Seriyası (italyanca [ˈsɛːrje ˈtʃi]([1]) — İtaliya futbol liqası sistemində İtaliya B SeriyasıA Seriyasından sonra üçüncü ən yüksək diviziondur. "Lega Italiana Calcio Professionistico" (Lega Pro) C Seriyasını idarə edən idarəedici orqandır.

Ölkə İtaliya İtaliya
Konfederasiya UEFA
Açılış ili 1929
Komandaların sayı 60
Liqalar sistemində səviyyə 3
Yuxarı liqa İtaliya B Seriyası
Aşağı liqa İtaliya D Seriyası
Digər kubok(lar) İtaliya Kuboku
Liqa kubok(lar)

Seriya C Kuboku

Seriya C Superkuboku
Beynəlxalq kubok(lar) UEFA Avropa Liqası
Son çempion

Südtirol (A qrupu) Modena (B qrupu) Bari (C qrupu)

(2021–22)
(2021-22)
Ən uğurlu komanda Prato (6 dəfə)
Veb səhifəsi http://www.legaserieb.it/
İtaliya C Seriyası 2022-23

2014-cü ildə "Lega Pro Prima Divisione" və "Lega Pro Seconda Divisione" liqalarının, "Lega Pro Divisione Unica"(çox vaxt Lega Pro kimi də qısaldılır) kimi birləşdirilməsi[2] 1935–1978-ci illər arasında mövcud olan (C1 və C2 liqalarına bölunməmişdən əvvəl) orijinal C Seriyasının formatını yenidən bərpa etdi.

25 may 2017-ci ildə Lega Pro assambleyası yarışın ilkin adına C Seriyasına qayıtmasını yekdilliklə təsdiqləyir.[3]

Tarix

Regional liqalardan yuxarı olan üçüncü divizion ilk dəfə 1926-cı ildə İtaliyada faşist hakimiyyəti milli əsasda əsas çempionatları islahat etmək qərarına gələndə yaradılır. Bu İkinci Divizionu idarə edən yeni liqa, Direttorio Divisioni Inferiori Nord (Aşağı Divizionların Şimal Direktoru) adı ilə Genuyada qurulur. Ölkənin cənub hissəsindəki futbol fəaliyyəti isə sonradan Direttorio Meridionale adlandı və Direttorio Divisioni Inferiori Sud tərəfindən idarə edildi. Ancaq bu liqaların ömru uzun sürmur. Baş verən başqa bir islahatdan sonra onlar 1930–1931-ci illər arasında ləğv edildi. Ölçüləri 100x60 metr olan böyük meydançalara sahib olan bəzi daha böyük klublar, 1929-cu ildə yaradılmış Birinci Diviziona (Prima Divisione) yüksəldilər.

Bu çempionat A SeriyasınıB Seriyasını ("Direttorio Divisioni Superiori") idarə edən eyni liqa tərəfindən təşkil edilmişdi, hətta iki yüksək diviziondan fərqli olaraq coğrafi meyarlara görə yerli qruplarda qurulmuşdu. "Prima Divisione"da iştirak edən klubların sayı hər il artmağa başlayır. FIGC yeni yaranmış liqanı 1935–36 mövsümünün əvvəlində "Serie C" adlandırmaq qərarına gəlir.

1959-cu ildə Bruno Zauli tərəfindən aparılan islahat, liqanı dahada təkmilləşdirir. "Lega Calcio" adlanan təşkilat peşəkar milli liqalar təşkil etməli, Florensiyada yerləşən yeni "Lega Nazionale Semiprofessionisti" təşkilatı isə iki yarımpeşəkar və submilli liqanı tənzimləməli idi. Bu iki yarımpeşəkar liqa isə, "Serie C" və "Serie D" idi. Bu liqalardan birincisi üçun 20 klubdan ibarət üç qrup formatını qəbul edilir.

1978-ci ildə yarımpeşəkar liqa ləğv edilir və D Seriyası həvəskarlar liqaya çevrilir. C Seriyası isə iki peşəkar diviziona (Serie C1Serie C2) bölündü və liqa adı "Lega Professionisti Serie C" olaraq dəyişdirdi.

20 iyun 2008-ci ildə liqa yenidən qurulur və "Lega Italiana Calcio Professionistico" adını alır.

2017-ci ilin may ayında Lega Pro assambleyası orijinal adın C Seriyasına qaytarılmasını yekdilliklə təsdiqlədi.[4] C Seriyasının 2017–18 mövsümünə xaric edilmiş klublar üçün düzəlişlər edildikdən sonra üç divizionun hər birində 19 komanda daxildir.[5]

Format

C Seriyası coğrafi baxımdan şimaldan cənuba üfüqi olaraq üç qrupa bərabər bölünmüş 60 komandadan ibarətdir (əsasən onlar müntəzəm mövsümdə bir-birindən asılı olmayan üç liqadır). Dairəvi sistem formatı istifadə olunur, mövsümün iki yarısı eyni fikstür sırasına malikdir. Qələbə üçün üç xal, heç-heçə üçün bir və məğlubiyyət üçün sıfır xal verilir. Müntəzəm mövsümün sonunda xallar əsasında qrupa bir cədvəl müəyyən edilir. İki və ya daha çox komanda xallara görə bərabər olarsa, aşağıdakı bərabərlik kriteriyaları tətbiq olunur:[6]

  1. Aralarında olan oyunların nəticələri;
  2. Aralarında olan oyunların qol fərqi;
  3. Qol fərqi;
  4. Vurulan qollar;
  5. Buraxılan qollar;
  6. Qalibiyyət;
  7. Az məğlubiyyət;
  8. Səfərdə qalibiyyət;
  9. Ev oyunlarında məğlubiyyət.

Cəmi 4 komanda B Seriyasına yüksəlir və 9 komanda D Seriyasına düşür. Hər qrupun qalibi birbaşa yüksəlir və liqanın superkubok oyunu olan "Supercoppa di Serie C"yə vəsiqə qazanır.

Liqanı sonuncu pillədə başa vuran komandalar birbaşa aşağı liqaya düşür.

Digər yuxarı liqaya yüksəliş və aşağı liqaya düşmə pley-off oyunları sistemi vasitəsilə müəyyən edilir.

Klublar

A qrupu (Şimal)

Lombardiyadan 9 komanda, Venetodan 4 komanda, Pyemontdan 3 komanda, Friuli Venesia Ciuliyadan 2 komanda, Emilia-Romagna'dan 1 komanda və Trentino-Cənubi Tiroldan 1 komanda.

B qrupu (Mərkəz)

Toskanadan 6 komanda, Emilia-Romanyadan 5 komanda, Marchedən 4 komanda, Sardiniyadan 2 komanda, 1 komanda Liguriya, 1 komanda Piedmont və 1 komanda Umbriyadan.

C qrupu (Cənub)

Apuliyadan 6 komanda, Kampaniyadan 5 komanda, Latsiodan 3 komanda, Basilikatadan 2 komanda, Kalabriyadan 2 komanda, Abruzzodan 1 komanda və Siciliyadan 1 komanda .

İstinadlar

  1. Luciano Canepari. "serie". DiPI Online (italyan). 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
  2. "Communicatio ufficiale N.47/A" (PDF) (Italian). FIGC. 1 August 2014. 2 November 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 December 2022.
  3. "A FIRENZE SORTEGGIO PLAY OFF E ASSEMBLEA DEI CLUB" (Italian). Lega Pro. 25 May 2017. 15 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2022.
  4. "A FIRENZE SORTEGGIO PLAY OFF E ASSEMBLEA DEI CLUB" (Italian). Lega Pro. 25 May 2017. 15 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2022.
  5. "Serie C, Rende ripescato: girone con 19 squadre" (Italian). FIGC. 11 August 2017. 11 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2017.
  6. "PLAY-OFF e PLAY-OUT CAMPIONATO SERIE C 2021-2022" (PDF) (italyan). Lega Pro. 25 March 2022. 7 July 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 December 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.