İtaliya şamı
Aralıq dənizi ölkələri, Balkan , Asiya, Cənubi Amerika, Çin və Çili də təbii halda bitir. Hündürlüyü 30 m-ə, gövdəsinin diametri 100 sm-ə qədər olan, enli, oval şəkilli və ya kürəvi çətirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıldır, tumurcuqları qatranlı deyil, iynəyarpaqları tünd-yaşıl, 10-15 sm uzunluqdadır. Alt yarpaqları yumurtavarı-neştərvarıdır, təpələri saçaqlı-kirpiklidir. Erkək qozaları çoxdur, xırdadır, silindrovan-uzunsov, sıx, yoğun sünbüllər əmələ gətirir. Qozaları tək-tək və ya iki-üçü bir yerdə yerləşir. Qozaların yoğun və kifayət qədər uzun ayaqcıqları var, onlar kürə şəkilli və ya oval şəkilli-kürəvi olub, dik dayanmışdır. Uzunluğu 8-9 sm, eni 6-8 sm, qalxancıqları qalın, bucaqlıdır, piramidal şişdir, işıqda parıldayır, az nəzərə çarpan, zəif görünən, köndələn, tili və bir neçə çıxıntısı vardır. Toxumları iri, uzunsov-tərs, yumurtavarı, bucaqlıdır, üzərində qalın, tünd-qonur, qırmızı rəngli, 18–20 mm uzunluqda pərdəciyi vardır, qanadlı və ya qanadsızdır. Azərbaycan da Abşeron, Zaqatala, Kür-Araz ovalığında, Şəmkir və Lənkəran da rast gəlinir. Quraqlığa davamlı və işıqsevən bitkidir, torpağa qarşı az tələbkardır. Tərkibində stearin, palmitin və digər yağ turşularının qliseridləri vardır, yağından boyalar hazırlanır. Yaşıllaşdırmada tək-tək və qrup halında əkilir.
İtaliya şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Pinoideae Cins: ???: İtaliya şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Məlumat mənbələri:
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
İstinadlar
- “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1000.