İsveçrədə islam

İsveçrədə islam — müasir İsveçrədə xristianlıqdan sonra ikinci ən böyük dini. 2001-ci il siyahıyaalınmasına əsasən, ölkədə 310.807 müsəlman qeydə alınıb. Bu da ölkə əhalisinin 4,3%-dir. 2009-cu ilə olan məlumata görə, ölkədə 400.000 müsəlman yaşayır və ya ölkə əhalisinin təxminən 5,%-ni təşkil edir. Ölkə müsəlmanlarının əksəriyyəti birinci və ikinci nəsil immiqrantlardır, əksəriyyəti (88%-dən çoxu) isə vətəndaşlığı olmayanlardır.[1][2]

Mahmud məscidi (1963-cü ildə tikilmişdir).

Tarix

Wangen bei Olten Türk Kültür Dərnəyinin məscidi.

Ölkədə ilk müsəlmanlar olan ərəblər və bərbərlər 10-cu əsrdə Fraxinet adlanan ərazidən gəlmişlər. 1945-ci ildən sonra ölkəyə xeyli sayda qonaq işçilər, həmçinin müsəlman ölkələrindən qaçqınlar gəldi. Ölkədə ilk Mahmud məscidi 1963-cü ildə Sürixdə tikilib. 1978-ci ildə Səudiyyə Ərəbistan Cenevrədə ikinci məscidin tikintisini maliyyələşdirdi. Hazırda ölkədə 4 məscid var, müsəlmanların sayında yüksək artımı nəzərə alsaq, ölkədə kifayət qədər tam hüquqlu məscid olmadığı aydındır. Bunun üçün anbarlar, tərk edilmiş binalar, evlərin zirzəmilərindən istifadə olunur. 2009-cu ildə İsveçrədə minarələrlə bağlı referendum keçirildi və bu referendumda bütövlükdə ölkə əhalisinin 58%-i yeni minarələrə qarşı çıxdı. Eyni zamanda, bir çox fransızdilli kantonlar, əksinə, minarələrin qadağan edilməsini dəstəklədilər.[3][4][5]

İstinadlar

  1. Abbas, Tahir; Hamid, Sadek. Political Muslims: Understanding Youth Resistance in a Global Context (ingilis). Syracuse University Press. 2019-02-11. ISBN 9780815654308.
  2. Dodd, Savannah D. "The Structure of Islam in Switzerland and the Effects of the Swiss Minaret Ban". Journal of Muslim Minority Affairs. 35 (1). 2015-01-02: 43–64. doi:10.1080/13602004.2015.1007665. ISSN 1360-2004.
  3. Wohnbevölkerung nach Religion Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine (bfs.admin.ch)
  4. "Muslims face fines up to £8,000 for wearing burkas in Switzerland". The Independent. 8 July 2016. 7 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2016.
  5. Eddy, Melissa. "Imam in Switzerland Urged Burning of Muslims Who Don't Pray, Prosecutors Say". The New York Times (ingilis). 2017-08-11. ISSN 0362-4331. 2022-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.