İsveçrə bıçağı

İsveçrə bıçağı — isveçrə cib bıçağı və ya isveçrə hərbi bıçağı Victorinoks şirkəti tərəfindən istehsal olunan(2005-ci ildən həmçinin Wenger SA şirkəti tərəfindən də istehsal olunur) çoxfunksiyalı alətdir.İkinci Dünya Müharibəsindən sonra Amerikan əsgərləri tərəfindən almanca "Offiziersmesser" sözü tələffüz etməkdə çətinlik çəkdikləri üçün adı İsveçrə bıçağı kimi dəyişdirilmişdir.Müxtəlif funksiyalar bıçağın qolu içərisinə bir pivot nöqtəsi mexanizmi vasitəsilə yerləşdirilmişdir.İsveçrə bıçağının sapı adətən ənənəvi qırmızı rəngdə təsvir edilsə də, 2006-cı ildən bəri digər rənglər və formalar ortaya çıxdı.

Wenger
Victorinox "Huntsman" İsveçrə bıçağı

Tarixi

İsveçrə bıçağı ilk çoxfunksiyalı cib bıçağı deyildi. 1851-ci ildə "Mobi Dik" əsərində Melvill buna bənzər bir bıçaq təsvir etmişdi.

1880-ci illərin sonlarında İsveçrə Ordusu əsgərləri üçün yeni qatlanan cib bıçağı hazırlamaq qərarına gəldi. Bu bıçaq, konservləşdirilmiş yeməklərin açılmasında və İsveçrə xidmət tüfənginin, Schmidt-Rubin-in yığılması üçün bir tornavida funksiyasını da daşımalı idi.1891-ci ilin yanvarında bıçaq rəsmi olaraq Modell 1890 adını aldı.

1890 Modell, ilk isveçrə bıçağı

1891-ci ildə cərrahi avadanlıq hazırlayan bir şirkətin sahibi olan Karl Elsener İsveçrənin özündə də bıçaq istehsal etməyə başladı.

Victorinox və Wenger

1908-ci ildə İsveçrə hökuməti, regional favoritizm mövzusunda bir məsələnin qarşısını almaq istəyərək, eyni zamanda qiymətlərin enməsinə ümid edərək rəqabət etmək istədiyi Victorinox və Wenger ilə müqaviləni bölüşdü, hər biri istehsalçı sifarişin yarısını götürdü.

Funksiyaları

Əsas funksiyaları;

  • Kiçik bıçaq
  • Dırnaq üçün/ dırnaq təmizləyicisi
  • Taxta mişar
  • çəngəl ayırıcı
  • Qayçı
  • tel kəsici
  • Budama bıçağı
  • Əczaçılıq spatulası
  • Kiber Alət (Bit sürücüsü)
  • LED işıq
  • USB çubuq
  • Böyüdücü linza
  • Torpaq təmizləyicisi
  • Qoşulma açarı

Kilidləmə mexanizmləri

Bəzi İsveçrə bıçaqlarında təsadüfən bağlanmaması üçün kilidləmə funksiyası var. Wenger, standart 85 mm modellərindən bir neçəsində əsas bıçaq üçün "PadLock" təklif edir.

Ölçülər

  • Victorinox modelləri 58 mm (2.3 in), 74 mm (2.9 in), 84 mm (3.3 in), 91 mm (3.6 in), 93 mm (3.7 in), 100 mm (3.9 in), 108 mm ( 4.3 in) və 111 mm
  • Wenger modelləri 65 mm (2.6 in), 75 mm (3.0 in), 85 mm (3.3 in) 93 mm (3.7 in), 100 mm (3.9 in), 120 mm (4.7 in) və 130 mm (5.1) mövcuddur.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.