İsveçrə Avroviziya Mahnı Müsabiqəsində
İsveçrə Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 60 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə yalnız 1995, 1999, 2001 və 2003-cü illərdə Avroviziyada iştirak etməmişdir. İsveçrə müsabiqəyə ev sahibliyi edən ilk ölkə olmuş və həmin müsabiqədə ölkə təmsilçisi Liz Assia ifa etdiyi "Refrain" mahnısı ilə İsveçrəyə müsabiqədə ilk qələbəsini yaşatmışdır. İsveçrə Avroviziyada ikinci qalibiyyətini 1988-ci ildə Selin Dionun ifa etdiyi "Ne partez pas sans moi" adlı mahnı ilə qazanmışdır. Müsabiqədəki qalibiyyətindən sonra Selin Dion dünyada şöhrət qazanmışdır. İsveçrə eyni zamanda dörd dəfə müsabiqəni 0 xalla başa vurmaqla və həmçinin, doqquz dəfə müsabiqədə sonuncu yeri tutmaqla özünə məxsus antirekordlara da malikdir.
İsveçrənin dörd rəsmi dili var; Fransız, Alman, İtalyan və Romanş dilləri. Ötən əsrdə Avroviziya qaydalarına əsasən hər bir ölkə yalnız öz milli dilində səslənən mahnılar ilə müsabiqədə çıxış edə bilərdi və həmin dövr ərzində digər ölkələrdən fərqli olaraq İsveçrə istənilən dörd dildən birində səslənən mahnılar ilə Avroviziyada iştirak edə bilmişdir. İsveçrə indiyədək 23 fransız dilində, 15 ingilis dilində, 12 alman dilində, 10 italyan dilində və bir romanş dilində səslənən mahnı ilə Avroviziyada təmsil olunmuşdur. Ölkəyə müsabiqədə qalibiyyət gətirən hər iki mahnı fransız dilində ifa edilmişdir.
Təmsilçilər
1956 | Almanca | Liz Assia | "Das alte Karussell" | 10 | - | ||
1956 | Fransızca | Liz Assia | "Refrain" | 1 | - | ||
1957 | Fransızca | Liz Assia | "L'enfant que j'étais" | 8 | 5 | ||
1958 | Almanca, İtalyanca | Liz Assia | "Giorgio" | 2 | 24 | ||
1959 | Almanca | Krista Uilliams | "Irgendwoher" | 4 | 14 | ||
1960 | İtalyanca | Anita Traversi | "Cielo e terra" | 8 | 5 | ||
1961 | Fransızca | Franka Di Rienzo | "Nous aurons demain" | 3 | 16 | ||
1962 | Fransızca | Jan Filipp | "Le retour" | 10 | 2 | ||
1963 | Fransızca | Ester Ofarim | "T'en va pas" | 2 | 40 | ||
1964 | İtalyanca | Anita Traversi | "I miei pensieri" | 13 | 0 | ||
1965 | Fransızca | Yovanna | "Non, à jamais sans toi" | 8 | 8 | ||
1966 | Fransızca | Madelin Paskal | "Ne vois-tu pas?" | 6 | 12 | ||
1967 | Fransızca | Jeraldin | "Quel cœur vas-tu briser?" | 17 | 0 | ||
1968 | İtalyanca | Ganni Maskolo | "Guardando il sole" | 13 | 2 | ||
1969 | Almanca | Paola del Mediko | "Bonjour, Bonjour" | 5 | 13 | ||
1970 | Fransızca | Henri Des | "Retour" | 4 | 8 | ||
1971 | Fransızca | Piter, Syu və Mark | "Les illusions de nos vingt ans" | 12 | 78 | ||
1972 | Fransızca | Veronik Müller | "C'est la chanson de mon amour" | 8 | 88 | ||
1973 | Fransızca | Patrik Yuvet | "Je vais me marier, Marie" | 12 | 79 | ||
1974 | Almanca | Piera Martell | "Mein Ruf nach Dir" | 14 | 3 | ||
1975 | Almanca | Simon Dreksel | "Mikado" | 6 | 77 | ||
1976 | İngiliscə | Piter, Syu və Mark | "Djambo, Djambo" | 4 | 91 | ||
1977 | Almanca | Pepe Lienhard Band | "Swiss Lady" | 6 | 71 | ||
1978 | Fransızca | Karol Vinsi | "Vivre" | 9 | 65 | ||
1979 | Almanca | Piter, Syu və Mark + Pfuri, Qorps və Kniri | "Trödler und Co" | 10 | 60 | ||
1980 | Fransızca | Paola | "Cinéma" | 4 | 104 | ||
1981 | İtalyanca | Piter, Syu və Mark | "Io senza te" | 4 | 121 | ||
1982 | Fransızca | Arlett Zola | "Amour on t'aime" | 3 | 97 | ||
1983 | İtalyanca | Mariella Farre | "Io così non ci sto" | 15 | 28 | ||
1984 | Almanca | Rainy Day | "Welche Farbe hat der Sonnenschein?" | 16 | 30 | ||
1985 | Almanca | Mariella Farre və Pino Qasparini | "Piano, piano" | 12 | 39 | ||
1986 | Fransızca | Daniela Simmons | "Pas pour moi" | 2 | 140 | ||
1987 | Fransızca | Karol Riç | "Moitié, moitié" | 17 | 26 | ||
1988 | Fransızca | Selin Dion | "Ne partez pas sans moi" | 1 | 137 | ||
1989 | Romanşca | Furbaz | "Viver senza tei" | 13 | 47 | ||
1990 | Almanca | Eqon Eqemann | "Musik klingt in die Welt hinaus" | 11 | 51 | ||
1991 | İtalyanca | Sandra Simo | "Canzone per te" | 5 | 118 | ||
1992 | Fransızca | Deyzi Ovrey | "Mister Music Man" | 15 | 32 | ||
1993 | Fransızca | Anni Kotton | "Moi, tout simplement" | 3 | 148 | ||
1994 | İtalyanca | Duilio | "Sto pregando" | 19 | 15 | ||
1996 | Fransızca | Keti Leander | "Mon cœur l'aime" | 16 | 22 | 8 | 67 |
1997 | İtalyanca | Barbara Berta | "Dentro di me" | 22 | 5 | ||
1998 | Almanca | Qunvor | "Lass ihn" | 25 | 0 | ||
2000 | İtalyanca | Ceyn Boqaert | "La vita cos'è?" | 20 | 14 | ||
2002 | Fransızca | Fransin Cordi | "Dans le jardin de mon âme" | 22 | 15 | ||
2004 | İngiliscə | Piero və The MusicStars | "Celebrate" | 22 | 0 | ||
2005 | İngiliscə | Vanilla Ninja | "Cool Vibes" | 8 | 128 | 8 | 114 |
2006 | İngiliscə | six4one | "If We All Give a Little" | 16 | 30 | ||
2007 | İngiliscə | DJ BoBo | "Vampires Are Alive" | 20 | 40 | ||
2008 | İtalyanca | Paolo Menequtsi | "Era stupendo" | 13 | 47 | ||
2009 | İngiliscə | Lovebugs | "The Highest Heights" | 14 | 15 | ||
2010 | Fransızca | Mixael fon der Heyde | "Il pleut de l'or" | 17 | 2 | ||
2011 | İngiliscə | Anna Rossinelli | "In Love for a While" | 25 | 19 | 10 | 55 |
2012 | İngiliscə | Sinplus | "Unbreakable" | 11 | 45 | ||
2013 | İngiliscə | Takasa | "You and Me" | 13 | 41 | ||
2014 | İngiliscə | Sebalter | "Hunter of Stars" | 13 | 64 | 4 | 92 |
2015 | İngiliscə | Melani Rene | "Time to Shine" | 17 | 4 | ||
2016 | İngiliscə | Raykka | "The Last of Our Kind" | 18 | 28 | ||
2017 | İngiliscə | Timebelle | "Apollo" | 12 | 97 | ||
2018 | İngiliscə | Zibbz | "Stones" | 13 | 86 | ||
2019 | İngiliscə | Luka Henni | "She Got Me" | 4 | 364 | 4 | 232 |
Səsvermə tarixi
İsveçrənin ən çox xal verdiyi ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | ![]() |
206 |
2 | ![]() |
193 |
3 | ![]() |
181 |
![]() |
181 | |
5 | ![]() |
169 |
İsveçrənin ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | ![]() |
156 |
2 | ![]() |
130 |
3 | ![]() |
124 |
4 | ![]() |
117 |
5 | ![]() |
115 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Ev sahibliyi
İl | Şəhər | Ev sahibi | Aparıcılar |
---|---|---|---|
1956 | Luqano | Teatro Kursaal | Loenqrin Filipello |
1989 | Lozanna | Palais de Beaulieu | Lolita Morena və Jak Deşeno |
Qalereya
- Anna Rossinelli Düsseldorf səhnəsində (2011)