İstisu (İsmayıllı)
İstisu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun İstisu kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
İstisu | |
---|---|
40°56′47″ şm. e. 48°04′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Əhalisi
Kəndin əhalisi 912 nəfərdir ki, onun da 480 nəfəri kişi, 432 nəfəri qadındır.
Coğrafiyası və iqlimi
Kənd Qalacıq turizm zonasında yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir.
İqtisadiyyatı
Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kəndə avtomobillə getmək olar.[2]