İstiqlaliyyət küçəsi (İstanbul)

İstiqlaliyyət Küçəsi, (Osmanlıca: (1927'dən əvvəl) Cadde-i Kebir, Böyük Küçə, Fransızca: Grande Rue de Péra) — İstanbulun ən qədim səmtlərindən biri olan Beyoğlu'nda Tünel ilə Taksim Meydanı arasında uzanan və 19-cu əsrin sonlarından bəri Türkiyə'nin ən məşhur küçələrindən biri olma səviyyəsini qoruyan küçədir. 1.400 metr uzunluğundakı küçəsinin[1] orta nöqtəsi Qalatasaray Lisesi'nin yanından keçən Yeniçarşı Küçəsinin'nin küçəni kəstiyi ve 50-ci il heykəlinin yerləşdiyi yer qəbul edilir. Paralelinde uzanan Tarlabaşı Bulvarıyla bərabər Beyoğlu bölgəsinin ana hissəsində yerləşir. Ortalama olaraq 74 metr yüksəklikdə yerləşən İstiqlaliyyət Küçəsi idari olaraq 9 ayrı məhəllədən ibarətdir.

İstiqlaliyyət küçəsi
İstiklal Caddesi
Ümumi məlumatlar
Ölkə
Şəhər Bəyoğlu
Uzunluğu
  • 1.600 m

Küçənin xüsusiyyətləri

İstiqlal küçəsi və ətrafı keçmişdən gələn müsbət və mənfi xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, istisnasız olaraq Türkiyənin ən kosmopolit bölgəsi olma xüsusiyyətini də özündə daşıyır. İstanbula gələn xarici və yerli ziyarətçilərin əvəzedilməz məkanı olan İstiqlal küçəsi səhərə yaxın bir neçə saat istisna olmaqla, demək olar ki, bütün günün insanlarla dolu olur. Dünyaca məşhur brendlərdən tutmuş ucuz paltar satan keçidlərə qədər bu gün alış-veriş baxımından küçə geyim mağazası kompleksinə bənzəyir. Geyim, alt paltarı, aksesuar, bijuteriya, ayaqqabı-çanta mağazaları küçədəki alış-veriş sahələrinin təxminən yarısını təşkil edir. Qalanları, demək olar ki, banklar və hər damaq dadına və büdcəyə uyğun yemək (fast food) köşklərindən tutmuş qlobal restoran şəbəkələrinə, balıq restoranları, muhallebi, desert və şirniyyat dükanları kimi ənənəvi ləzzətlərə qədər restoranlardan ibarətdir. Gecə gəzintiləri üçün meyxanalardan tutmuş xalq mahnıları evlərinə, ailəvi məkanlarından rok barlara, striptiz klublarından gey barlara qədər geniş çeşidli məkanlara sahibdir. Küçədə teatr, kino, kitab mağazaları və sənət qalereyaları kimi bir çox mədəniyyət mərkəzləri də var.

Eyni zamanda illərlə bu cəmiyyətdə öz hüquqlarını müdafiə etmək, səsini ucaltmaq, gözə dəymək istəyən bir çox insan bu küçədə toplaşıb, hüquqlarını müdafiə ediblər. 15 may 2011-ci il tarixində Türkiyədə on minlərlə insan 22 avqust 2011-ci ildə qüvvəyə minəcək qanuna etiraz etmək üçün bu küçəyə toplaşdı.

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2009-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.