İstehkam

İstehkam və ya təhkimat — müharibələrdə müdafiə məqsədi ilə tikilən hərbi struktur və binalar. Bəşəriyyət minilliklər boyu davam edən sivilizasiyalar tarixində bir çox müxtəlif formalarda müdafiə strukturları inşa etmişdir.

Qroningendəki Bourtange qalası ulduz formalı qalaya nümunədir.

Adlandırma

Müdafiə məqsədləri üçün tikilən hərbi strukturlar çox müxtəlifdir. Müdafiə hasarı, qala, istehkam sahəsi, divarlar bunlardan bəziləridir. Müdafiə məqsədləri üçün tikilən bu istehkamlar ümumiyyətlə ikiyə bölünə bilər. Daimi istehkamlar mühəndislər tərəfindən bir dövlətin resursları ilə uzun müddət davam edə biləcək materiallarla tikilir. Müvəqqəti istehkamlar isə ehtiyacları ekspedisiyadakı qoşunlar tərəfindən yerli olaraq təmin edilə bilən işçi qüvvəsi və materiallarla Qısa müddətli ehtiyacları təmin etmək üçün hazırlanır.

Etimologiya

Sözün mənşəyi təhkim kəlməsindəndir. Təhkim (ərəbcə: تحكيم) isə ərəb mənşəli bir sözdür və hakim təyin etmək, onu suverenliklə təmin etmək deməkdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.