İstanbulda Xocalı qətliamını anma mərasimi (2012)
İstanbulda Xocalı qətliamını anma mərasimi — Erməni və Rusiya qüvvələri tərəfindən 1992-ci ildə Azərbaycan vətəndaşların qırğınının iyirminci ildönümü xatirəsinə Türkiyənin İstanbul şəhərində keçirilmiş mitinq. Bu çərçivədə "Xocalıya ədalət" (türk. "Hocalı İçin Adalet") adını daşıyan böyük bir kampaniya başlanılıb. 26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan[1] və Taksim meydanına doğru davam edən, təxminən 200.000 iştirakçı[2] ilə saatlarla davam edən aksiyalarda "Hamımız Xocalılıyıq" (türk. "Hepimiz Hocalılıyız", ing. "We are all from Khojaly")[3] şüarları səsləndirilib. İzdiham içində olan bir çox adam nifrət ritorika və Erməni əleyhinə şüarlardan da istifadə etmişlər.
İstanbulda Xocalı qətliamını anma mərasimi | |
---|---|
Tarix | 26 fevral 2012 |
Yeri | İstanbul |
İştirakçılar | 200 000 |
"Xocalıya ədalət" kampanyası
"Xocalıya ədalət" şüarı altında 8 May 2008-ci ildə beynəlxalq kampaniyaya start verildi. 1 milyondan artıq insanın iştirak etdiyi "Xocalıya Ədalət, Qarabağa azadlıq" kampaniyasının İnternet vasitəsi ilə dünya liderlərinə "İnsanlığa karşı bir cinayət olaraq Xocalı soyqırımını tanımaları və dünyadakı ədalətsizliklə mübarizə aparmaları" mövzusunda imzalı bəyanatlar göndərildi.
Mitinqlər
Xocalı soyqırımı qurbanlarının 20-ci ildönümü xatirəsinə dövlət həmkarlar ittifaqları, gənclər və tələbə təşkilatları və digər Türk təşkilatların iştirakı ilə təxminən 200.000 nəfərlik bir mitinq keçirildi. Mitinqlərə on minlərlə Azəri və Türk vətəndaşının iştirakı gözlənirdi. Lakin fərqli etnik qruplar da daxil olmaqla 200.000 min nəfərlik bir mitinq keçirildi. Hadisənin ədalətli həll edilməsi və cinayətkarların beynəlxalq hüquqa görə cəzalandırılması üçün etirazlar zamanı Xocalı soyqırımını təşkil edən cinayətkarların adları oxundu. İstanbul polisi mümkün təhlükələrdən qorxaraq, İstiqlal prospektinə doğru yeriyən aksiyalara qarşı Fransız Mədəniyyət Mərkəzi yaxınlığında ağır təhlükəsizlik tədbiri görüb. Əsasən türklər və azərbaycanlılardan ibarət olan nümayişçilərin əsas məqsədi həmrəylik göstərmək olub.
Mitinqlərə Milliyyətçi Hərəkat Partiyası, İdeal Ocaqları, Alperen Ocaqları (Gənclər Təşkilatı) və digər millətçi təşkilatlar ilə siyasi partiyalar iştirak edib. Yunanıstan və Fransa səfirlikləri ətrafında sıx təhlükəsizlik tədbirləri görülüb və Aqos qəzetinin binasına doğru gedən yollar bağlanılıb.
Aksiyalarda iştirak edən İstanbul valisi Hüseyn Avni Mutlu və daxili işlər naziri İdris Nəim Şahin hadisələr haqqında "belə cəsur, ləyaqətli, qərarlı, sakit və qardaşcasına bir toplanma olmamışdı. Hamınızı salamlayıram! Xoş gəlmisiniz, sizin birliyiniz əbədi olacaqdır" şəklində şərh edib. Həmçinin "Erməni təcavüzünə dur de", "Hamımız Xocalılıyıq", "Güney Azərbaycandakı Türklərə qarçı soyqırımı unutma!", "Bir millət, iki dövlət, Xocalıya ədalət!", "Erməni yalanlarına dayan de" kimi şüarlar da səslənib.
Etirazçılar daha sonra dinc şəkildə dağıldı.
Milliyətçi şüarlar
İzdiham arasında olan bəzi qruplar ermənilər əleyhinə şüarlar və şiddət məzmunlu təhdidlər ehtiva edən şüarlar atdı. İzdiham içində olan Ogün Samast (2007-ci ildə erməni jurnalist Hrant Dinki öldürən şəxs) isə erməni jurnalist Hrant Dinkin qətlində iştirak edən Yasin Xəyalı dəstəkləyən çıxışlar edib.
Sparta Süleyman Dəmirəl Universiteti tələbələri isə "Ağrı Dağı sənin məzarın olacaq" şəklində şüarlar səsləndirib.
Həbslər
18 aprel 2012-ci il tarixində İstanbulda polis etirazlarla əlaqədar olaraq doqquz nəfəri həbs etdi. Mitinqlər ərəfəsində "məlum olmayan insanlar tərəfindən qüsurlu afişa təslim edilməsi" ilə günahlandıran doqquz nəfər ifadə verdikdən sonra sərbəst buraxıldı.[4]
İstinadlar
- "Vestikavkaza.ru: В Стамбуле на стотысячном митинге почтили память трагедии в Ходжалы". 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- "News.az: 'We are all from Khojaly' rally in Istanbul draws nearly 200,000 - PHOTOS". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- "Стамбул: Ходжалинская трагедия - 20 лет спустя. 26.02.2012, фоторепортаж с площади Таксим". 2012-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- "Nine anti-Armenian protesters detained in Turkey". hurriyetdailynews. April 18, 2012. 15 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2012.