İstanbul universitetlərinin siyahısı

İstanbulda 9-u dövlət və 40-ı özəl olmaqla ümumilikdə 49 universitet var.[1] Bunlardan başqa hava və dəniz hərbi məktəbləri və heç bir universitetin tərkibində olmayan 6 özəl məsləki ali məktəb fəaliyyət göstərir. Şəhərdə özəl universitetlərin açılması 2006-cı ildən sonra daha da sürətlənmişdir.

Dövlət universitetləri

Qeyd: Açıq mavi fonlu ali müəssisələr fəaliyyətini dayandırmışdır.

Şəkil Adı Yeri Qurulma tarixi Sıralama Məlumat
İstanbul Universiteti[2] Bəyazid, Fateh 30 may 1453 2-ci Türkiyənin ən qədim universitetlərindən biridir. Əsası 30 may 1453-cü ildə, Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmet tərəfindən qoyulmuşdur. Hazırda 55 000 tələbəsi var və dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş ilk Türkiyə universitetidir. Eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır.
İstanbul Texniki Universiteti[3]
Maslak, Sarıyer 1 yanvar 1773 3-cü Türkiyənin ən qədim dövlət universitetlərindən biridir. Həmçinin, dünyanın mühəndis hazırlayan ilk universitetidir. Zəngin tarixə malik İstanbul Texniki Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda yer almışdır.
Boğaziçi Universiteti[4]
Bebek, Beşiktaş 16 sentyabr 1863 1-ci 1863-cü ildə Kristofer Robert tərəfindən Robert Kolleci adı altında qurulmuş, 100 ildən çox müddət bu adla təhsil verdikdən sonra, üzərində müstəqil bir universitet qurulması üçün 10 sentyabr 1971-ci ildə Türkiyə Respublikasına təhvil verilərək Boğaziçi Universiteti adını aldı.
Memar Sinan Universiteti[5]
Fındıqlı, Bəyoğlu 1 yanvar 1882 24-cü İncəsənət üzrə ixtisaslaşmış dövlət universiteti. Bəyoğlunun Fındıqlı məhəlləsində yerləşir. Memar Sinan Gözəl Sənətlər Liseyi və Ankara Memar Sinan Gözəl Sənətlər Universitetinin bir hissəsi deyildir. Əkbər Behkəlam, Osman Hamdi Bəy, İbrahim Çallı kimi məşhur məzunları vardır.
Mərmərə Universiteti[6] Göztəpə, Kadıköy 16 yanvar 1883 5-ci Türkiyənin ən iri, köklü və qocaman universitetlərindən biridir. Universitetin yaranma tarixi 1883-cü ilə təsadüf edir. İstanbulda yerləşən bu ali məktəbdə 2800 müəllim dərs deyir və 80 min tələbə təhsil alır. Universitet 4 illik təhsil sistemi ilə, türk, ingilis, alman və fransız dillərində tədris edilir. Mərmərə Universitetinin İstanbulda 14 korpusu var.
Ulduz Texniki Universiteti[7]
Ulduz, Beşiktaş 22 avqust 1911 6-cı Bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirən, əsası 1991-ci ildə qoyulmuş dövlət universiteti. Universitetdə 10 fakültə, 2 institut və 3 kollec var. Türkiyədəki bir çox universitetdən fərqli olaraq quruluşunda elektrik, tikinti, kimya-metallurgiya və mexanizm olmaqla 4 fakültəyə ayrılmışdır.
Qalatasaray Universiteti[8]
Ortaköy, Beşiktaş 14 aprel 1481 20-ci Beşiktaş ilçəsində, Ortaköy səmtində yerləşən universitetdir. Qalatasaray Universiteti, Qalatasaray İdman Klubu və Qalatasaray Liseyi ilə birlikdə Qalatasaray Qrupunun ən əhəmiyyətli qurumlarından biridir. Qalatasaray Təhsil Təşkilatı olaraq fəaliyyətə başlayan qurum, 6 iyun 1994-cü il tarixli və 21952 nömrəli nömrəli qanunla Qalatasaray Universitetinə çevrilmişdir.
Türk-Alman Universiteti[9]
Şahinqaya, Bəykoz 10 aprel 2010 47-ci İstanbulda Türkiyə Respublikası ilə Almaniya Respublikası arasında imzalanmış müqavilə əsasında 2010-cu ildə qurulan dövlət universitetidir. Türkiyə Böyük Millət Məclisindən açıqlanan və 10 aprel 2010 tarixində Rəsmi Qəzetdə nəşr olunan 5979 saylı qanunla qurulmuşdur.
İstanbul Mədəniyyət Universiteti[10] Dumlupınar, Kadıköy 21 iyul 2010 33-cü 21 iyul 2010 tarixində Türkiyə Respublikasının 98-ci İstanbulun 9-cu dövlət universiteti olaraq 27648 saylı Rəsmi Qəzetdə dərc edilən 6005 saylı qanun ilə quruldu. 11 fakültədən, 2 korpusdan və 4 instutdan ibarət olan universitetin əsas kampus sahəsi, ÜsküdarKadıköy sərhədləri içərisindədir.
Türkiyə Səhiyyə Elmləri Universiteti[11]
Tıbbiyə, Üsküdar 17 aprel 2015 45-ci İstanbulda qurulan tibbi dövlət universitetdir. Universitetə Tibb fakültəsi, Tibb bacısı fakültəsi, Həyat Elmləri fakültəsi, Səhiyyə Elmləri fakültəsi, Səhiyyə xidmətləri instutu daxildir. Mərmərə Universiteti adından ayrılan Heydərpaşa şəhərciyi, Səhiyyə Elmləri Universiteti üçün ayrılmışdır.
Milli Müdafiə Universiteti[12]
Yeni Levent, Beşiktaş 31 iyul 2016 44-cü 31 iyul 2016-cı ildə Müdafiə Nazirliyinin nəzdində yaradılan hərbi ali təhsil müəssisəsi. Universitetdə təhsil və təlim 12 fevral 2017-ci il tarixində Hərbi Hava Qüvvələri Akademiyasında təşkil olunan mərasimlə başladı. Universitetdə təhsil üçün xüsusi imtahan tələb olunur.

Türk-Yapon Elm və Texnologiya Universiteti[13]
Texnopark bulvarı, Pendik 24 iyun 2017 58-ci Türk-Yapon Elm və Texnologiya Universitetinin yaradılması haqqında qanun Rəsmi Qəzetin 24 iyun 2017-ci il tarixli nəşrində dərc olunaraq qüvvəyə minmişdir. Buna görə, Türkiyə ilə Yaponiya arasında 2016-cı il iyunda imzalanan əlaqədar müqavilə əsasında qurulmuşdur.

Özəl universitetlər

Qeyd: Açıq qırmızı fonlu ali müəssisələr fəaliyyətini dayandırmışdır.

Şəkil Adı Yeri Qurulma tarixi Sıralama Məlumat
Acıbadəm Universiteti
İçərənköy, Ataşəhər
18 may 2007
32-ci 18 may 2007-ci ildə qurulmuş qeyri-kommersiya özəl universitetidir. Əsas məqsədi tibb üzərində ixtisaslaşmaq olsa da, kompüter texnologiyası, mühəndislik, jurnalistika, iqtisadiyyat, menecment kimi qeyri-səhiyyə bölmələrində də geniş ixtisaslaşmaya malikdir.
Altınbaş Universiteti
Mahmud bəy, Bağçılar
1 iyul 2017
28-ci 2008-ci ildə İstanbulda qurulan bir özəl universitetdir. Yarandığı dövrdə Kəmərburqaz Universiteti adı altında təhsil verməyə başlayan qurum 1 iyul 2017-ci il tarixindən etibarən Altınbaş Universiteti adlandırıldı. İlk tələbələrini 2011-ci ildə qəbul etmiş və 2011–2012 ilk tədris ili olmuşdur.
Bağçaşəhər Universiteti
Ulduz, Beşiktaş
1 sentyabr 1998
10-cu Uğur Təhsil Vəqfi tərəfindən özəl universitet olaraq 1998-ci ildə açıldı. İlk olaraq İstanbulun Bağçaşəhər ilçəsində qurulan universitet 2006–2007 tədris ilində bütün fakültələri ilə Beşiktaş ilçəsinə köçmüşdür. "İstanbulun qəlbində bir dünya universiteti" şüarı ilə qurulan Bahçeşehir Universitetində 9 fakültə, 4 institut və 2 peşə məktəbi var.
Bəykənd Universiteti
Ayazağa, Sarıyer 9 iyul 1997 14-cü Bəykənd Universiteti 29,401 tələbə ilə birlikdə ingilis, rus, türk dillərində təhsil verən özəl universitetdir. Universitet, Erasmus proqramları çərçivəsində, yerli tələbələrin Avropa universitetlərində təhsil almasını, xarici tələbələrin isə universitetdə təhsil almasını təmin edən müqavilələri mövcuddur.
Bəzmialəm Vəqf Universiteti
Vətən, Fateh
1 sentyabr 2010
39-cu Fateh, İstanbulda bir yerləşən tarixi universitetdir. 2010-cu ildə Vəqflər Baş Nazirliyi tərəfindən qurulmuşdur. Osmanlı sultanı II Mahmudun arvadı Əbdülməcidin anası Bəzmialəm Sultanın şərəfinə adlandırılmışdır. Universitetdə təhsil 70% türk, 30% İngilis dilindədir.

Özəl (Vəqf) universitetlər

AdYarandığı ilYerləşdiyi bölgəQurucu vəqf
Acıbadam Universiteti 2007 Ataşəhər, Qalqalı Acıbadam Səhiyyə və Təhsil Vəqfi
Bağçaşəhər Universiteti 1998 Beşiktaş (İstanbul), Məcidiyyəköy, Şişli Bağçaşəhər Uğur Təhsil Vəqfi
Bəykənd Universiteti 1997 Böyükçəkməcə, Şişli/Ayazağa, Taksim Adəm Çelik-Bəykənd Təhsil Vəqfi
Bəzmialəm Vəqf Universiteti 2010 Fateh (İstanbul) Bəzm-i Aləm Vəqfi
Doğuş Universiteti 1997 Acıbadam (Kadıköy), Həsənpaşa Doğuş Təhsil Vəqfi
Fateh Universiteti 1996 Böyükçəkməcə, Ostim, Gimat Türkiyə Səhiyyə və Müalicə Vəqfi
Fateh Sultan Mehmet Vəqf Universiteti 2010 Yeniqapı Mövləvixanası, Fateh (İstanbul), Üsküdar, Çamlıca (Üsküdar), Bəyoğlu Fateh Sultan Mehmet Vəqfi
Gədik Universiteti 2010 Pendik, Qartal Gədik Təhsil və Sosial Yardım Vəqfi
Haliç Universiteti 1998 Məcidiyyəköy, Fındıqzadə, Şişxana, Bomonti Bizim Leykozlu Uşaqlar Vəqfi
İşıq Universiteti 1996 Şilə, Maslak Feyziyyə Məktebləri Vəqfi
İstanbul 29 May Universiteti 2010 Üsküdar Türkiyə Diyanət Vəqfi
İstanbul Arel Universiteti 2007 Səfaköy (Kiçikçəkməcə) Kamal Gözüqara Təhsil və Mədəniyyət Vəqfi
İstanbul Aydın Universiteti 2003 Bağçalıevlər (İstanbul), Şənlikköy (Bakırköy), Kadıköy, Beşiktaş (İstanbul) Anadolu Təhsil və Mədəniyyət Vəqfi
İstanbul Bilgi Universiteti 1996 Şişli, Dolabdərə, Əlibəyköy Bilgi Təhsil və Mədəniyyət Vəqfi
İstanbul Elm Universiteti 2006 Əsəntəpə (Şişli), Qayrəttəpə, Məcidiyyəköy Türk Kardiologiya Vəqfi
İstanbul İnkişaf Universiteti 2011 Ovcular İnkişaf Təhsil, Mədəniyyət, Səhiyyə və Sosial Xidmətlər Vəqfi
İstanbul Əsənyurd Universiteti 2013 Əsənyurd Yaşılköy 2001 Təhsil, Səhiyyə, Mədəniyyət Vəqfi
İstanbul Kəmərburqaz Universiteti 2008 Mahmudbəy (Bağçılar) Mehmet Altınbaş Təhsil və Mədəniyyət Vəqfi
İstanbul Mədəniyyət Universiteti 1997 Şirinevlər, Ataköy (Bakırköy, Yenibosna), İncirli (Bakırköy) Mədəniyyət Kolleci Təhsil Vəqfi
İstanbul Medipol Universiteti 2009 Saracxana Medipolitan Təhsil və Səhiyyə Vəqfi
İstanbul Səbahəddin Zaim Universiteti 2010 Həlqəli (Kiçikçəkməcə) Elm Yayma Vəqfi
İstanbul Şəhər Universiteti 2008 Üsküdar Elm və Sənət Vəqfi
İstanbul Ticarət Universiteti 2001 Əminönü, Üsküdar, Kiçikyalı İstanbul Ticarət Palatası Təhsil və Sosial Xidmətlər Vəqfi
Qədir Has Universiteti 1992 Cibali (Fateh), Bağçalıevlər (İstanbul), Səlimpaşa Qədir Has Vəqfi
Qoç Universiteti 1992 Sarıyer Vəhbi Qoç Vəqfi
Maltəpə Universiteti 1997 Maltəpə İstanbul Mərmərə Təhsil Vəqfi
Nişantaşı Universiteti 2012 Kağızxana, Bayrampaşa, Osmanbəy Engin Fikirlər Təhsil və Mədəniyyət Vəqfi
MEF Universiteti 2013 Maslak (Sarıyer) MEF Təhsil Vəqfi
Murad Xüdavəndiyar Universiteti 2012 Mərvə Təhsil və Mədəniyyət Vəqfi
Okan Universiteti 1999 Həsənpaşa, Tuzla (İstanbul) Okan Mədəniyyət, Təhsil və İdman Vəqfi
Özyəgin Universiteti 2007 Altunizadə (Aləmdağ) Hüsnü M. Özyəgin Vəqfi
Piri Rəis Universiteti 2008 Tuzla (İstanbul) Türk Dəniz Təhsil Vəqfi
Sabancı Universiteti 1994 Tuzla (İstanbul) Hacı Ömər Sabancı Vəqfi
Süleyman Şah Universiteti 2010 Qartal (İstanbul) Sistem Təhsil və Mədəniyyət Vəqfi
Üsküdar Universiteti 2011 Üsküdar İnsani Dəyərlər və Ruh Sağlamlığı Vəqfi
Yedditəpə Universiteti 1996 Qayışdağı (Ataşəhər), Göztəpə (Kadıköy) İstanbul Təhsil və Mədəniyyət Vəqfi
Yeni Yüzil Universiteti 2009 Cevizlibağ (Zeytinburnu, Topqapı) Vətən Səhiyyə və Təhsil Vəqfi

Vəqf Məslək Ali Məktəbləri

AdYarandığı ilYərləşdiyi bölgəQurucu vəqf
Avropa Məslək Ali Məktəbi 2009 Qazlıçeşmə Avropa Təhsil Vəqfi
Bəykoz Məntiq Məslək Ali Məktəbi 2008 Bəykoz Türkiyə Məntiq Araşdırmaları və Təhsil Vəqfi
İstanbul Qavrama Məslək Ali Məktəbi 2009 Şişli, Ümraniyyə Qavrama Təhsil Vəqfi
Plato Məslək Ali Məktəbi 2010 Balat (Fatih) Riva Vəqfi
İstanbul Şişli Məslək Ali Məktəbi 2012 Şişli İstanbul Şişli Vəqfi
Ataşəhər Adıgözəl Məslək Ali Məktəbi 2012 Ataşəhər Adıgözəl Təhsil Mədəniyyət Araşdırmalarına yardım və Səhiyyə Vəqfi

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  2. "İstanbul Üniversitesi | Tarihten Geleceğe Bilim Köprüsü - 1453". www.istanbul.edu.tr (türk). 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  3. "İstanbul Teknik Üniversitesi - İTÜ". www.itu.edu.tr. 2006-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  4. "Boğaziçi Üniversitesi - Ana Sayfa". www.boun.edu.tr. 1997-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  5. "Mimar Sinan Güzel Sanatlar Üniversitesi". www.msgsu.edu.tr. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  6. "Marmara Üniversitesi". www.marmara.edu.tr. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  7. "Yıldız Teknik Üniversitesi". www.yildiz.edu.tr. 2016-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  8. "Galatasaray Üniversitesi". www.gsu.edu.tr. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  9. "Türk-Alman Üniversitesi". www.tau.edu.tr. 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  10. "İstanbul Medeniyet Üniversitesi". www.medeniyet.edu.tr. 2020-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  11. "Sağlık Bilimleri Üniversitesi - Ana Sayfa". www.sbu.edu.tr. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  12. "Milli Savunma Üniversitesi". www.msu.edu.tr. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  13. "TJU – Türk Japon Üniversitesi". www.tju.edu.tr. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.