İstanbul müqaviləsi (1897)
İstanbul müqaviləsi, Osmanlı imperiyası və Yunanıstan krallığı arasındakı 1897-ci ildəki Osmanlı-Yunan müharibəsinin sonunda 4 dekabr, 1897-ci ildə imzalanmış sülh müqaviləsidir.[1]
Arxa fon
1896-cı ilin sonlarında Osmanlı imperiyasına aid olan Krit adasındakı rumlar üsyan etdi. 21 yanvar, 1897-ci ildə yunanlar Kritə qoşun çıxararaq Yunanıstana birləşdirmək istədilər. Ancaq yunanlar avropalıların təzyiqi ilə geri çəkildilər. Yunan ordusu bu dəfə də qurudan Epir və Tesseliyaya girdilər. Ethəm Paşanın komandanlığı altındakı Osmanlı ordusu Tesseliyada Yunanları məğlub etdi. Epirdə Əhməd Hifzi Paşa komandanlığındakı Osmanlı ordusu da yunanları məğlub etdi. Osmanlı ordusu iki istiqamətdən Yunanıstanın paytaxtı Afinaya doğru irəliləməyə başladı. Rusiyanın Osmanlıdan müharibəni saxlamasını tələb etməsindən sonra müharibə dayandırıldı.
Müqavilənin əsas şərtləri
10 sentyabr, 1897-ci ildə Osmanlılar və yunanlar arasında bir sülh razılaşması imzalandlı. Əsas şərtləri bunlardır:[2]
- Osmanlılar müharibə dövründə ələ keçirdiyi Tesseliyanı boşaldacaq
- Yunanıstan Osmanlıya 4 milyon lira müharibə təzminatı, müharibə dövründə xalqa verdiyi ziyana qarşılıq 100 min lira təzminat verəcəkdir.
- Krit Osmanlı idarəsində qalacaq, ancaq sultanın təyin edəcəyi xristian bir vali tərəfindən idarə olunacaqdır.
Müqavilənin nəticələri
Bu müqavilə ilə Krit adası muxtariyyət qazandı. Daha sonra Kriti təkrar yunanlar işğal etdi. Balkan müharibələri sonunda imzalanan Afina müqaviləsinə ilə Krit rəsmi olaraq Yunanıstanın ərazisi elan edildi.[3]
İstinadlar
- Məmməd Fətəliyev, Balkanlar XX əsrin əvvəllərində
- Toplumsal Tarih 151–156. sayılar Arxivləşdirilib 2017-04-08 at the Wayback Machine. Türkiye Ekonomik ve Toplumsal Tarih Vakfı. 2006. ss. 451.
- Toplumsal Tarih 151–156. sayılar Arxivləşdirilib 2017-04-08 at the Wayback Machine. Türkiye Ekonomik ve Toplumsal Tarih Vakfı. 2006. ss. 452.