İstanbul limanı

İstanbul Limanıİstanbulun Bəyoğlu rayonunda Karaköy və Fındıqlı səmtləri arasında yer alır. İstanbul Boğazı sahilində, Salıpazarı və Qalata sahili olaraq ayrılan iki hissədən ibarətdir.

İlk olaraq 1892-ci ildə Qalata sahilinin inşasına başlanmış və tikinti 1900-cü ildə bitirilmişdir. 1910-cu ildə əlavə olunan iki depodan başqa Cümhuriyyət dövründə, 1928-ci ildə 3 əlavə depo tikilmişdir. 1957-ci il isə Salıpazarı sahili tikilərək liman bugünkü halını almışdır.

Türkiyə Dənizçilik Müəssisələrinin tərkibində olan İstanbul Limanı, şəhərə gələn kruvaziyer sərnişin gəmilərini qəbul edir. Gəmidən enərək şəhəri ziyarət etmək istəyəcək sərnişinləri tarixi məkanlara apararaq şəhər səfəri təşkil edən turist avtobuslarının 200 ədədini eyni vaxtda qəbul edə biləcək tutumda açıq avtomobil dayanacağı olan sahə mövcuddur. İstanbul Limanına yan alan gəmilərin sayı hər keçən il artır və bu artımla doğru mütənasib olaraq İstanbula gəzmək üçün gələn turist sayı da artmaqdadır.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.