İstanbul Dəniz Muzeyi
İstanbul Dəniz Muzeyi (türk. İstanbul Deniz Müzesi) - Türkiyədə ilk və ən böyük dənizçilik muzeyidir. İstanbulun Beşiktaş səmtində yerləşir. Kolleksiyasında 20.000 ədəd eksponat vardır. Türk Dəniz Qüvvələrinin tabeliyində olan İstanbul Dəniz Muzeyi Türkiyədə qurulan ilk hərbi muzeydir. Əsas sərgi binası 3 mərtəbəli olub, 20.000 m² sahəyə malikdir. Burada 4 əsas qalareya, 2 otaq, uşaq otağı, sineviziya otağı, çox məqsədli zal, 2 incəsənət qalareyası və 2 foye mövcuddur.
İstanbul Dəniz Muzeyi | |
---|---|
türk. İstanbul Deniz Müzesi | |
Əsası qoyulub | 1897 |
Ölkə | |
Yerləşir | Beşiktaş, İstanbul, Türkiyə |
Kolleksiyası | 20.000 |
Telefon | +994 212 327 43 45/46 |
41°02′30″ şm. e. 29°00′20″ ş. u. | |
denizmuzeleri.tsk.tr/idm… | |
Vikianbarda əlaqəli mediafayllar |
Xarici keçidlər
Vikianbarda İstanbul Dəniz Muzeyi ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.