İsrail universitetlərinin siyahısı
İsrail universitetləri — İsraildə tədqiqat işləri aparan və ali akademik dərəcələr verən doqquz ali təhsil məktəbi vardır.
Universitetlərdən başqa ölkədə 50-yə yaxın tədqiqat aparmayan, ancaq akademik dərəcə verən akademik kollec vardır. Universitetlər Təhsil Nazirliyi yanında Ali Təhsil Şurasının nəzarəti altında fəaliyyət göstərir (ivr. מועצה להשכלה גבוהה). 2013 -cü ildə İsraildə 172 min tələbə təhsil alırdı. Ən populyar ixtisaslar tibb və hüquqşünaslıq hesab edilir.
İsrail universitetlərinin siyahısı
Ali məktəb | Şəhər | Təsis ili | Tələbələrin sayı 2006-cı il | Tələbələrin sayı 2013-cü il | Qeyd |
---|---|---|---|---|---|
Texnion - İsrail Texnoloji İnstitutu | Hayfa | 1924 | 13 000 | 12 874 | - |
Qüdsdə Yəhudi Universiteti | Qüds | 1925 | 24 000 | 23 353 | Qüdsdə 3 kampus və biri Rexovotda. |
Veysman İnstitutu | Rexovot | 1949 | 700 | 1 013 | Birinci dərəcəsi yoxdur. |
Bar-İlan adına Universitet | Ramat-Qan | 1955 | 18 000 | 18 360 | - |
Təl-Əviv Universiteti | Təl-Əviv | 1956 | 28 000 | 27 680 | - |
Hayfa Universiteti | Hayfa | 1963 | 13 000 | 17 423 | - |
Ben-Qurion Universiteti | Beer-Şeva | 1969 | 17 000 | 18 144 | - |
Ariel Universiteti | Ariel | 2005 | 10 600 | universitet statusunu 2012-ci ilin dekabrında alıb | |
İsrail Açıq Universiteti | - | 1976 | 39 000 | 44 706 | Ölkə üzrə 70 kampusu var, doktor dərəcəsi vermir. |
Tələbə və əməkdaşların təşkilatları
Universitetlərin yüksək dərəcə personalı "Yuxarı dərəcə personalın koordinasiya şurası"nda (ivr. מועצה המתאמת של הסגל האקדמי הבכיר), kiçik dərəcə personal isə - "Kiçik dərəcə personal universitet təşkilatları koordinasiya forumu"nda birləşiblər (ivr. פורום המתאם של ארגוני הסגל האקדמי הזוטר באוניברסיטאות). Tələbə təşkilatları "İsraildə tələbə ittifaqı"nda birləşiblər(ivr. התאחדות הסטודנטים בישראל).
Mənbə
- Education in Israel in 2003 — an International Comparison
- "Universitet reytinqləri". Dun’s 100. 2013. 2013-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-25.