İsrafil Quliyev

İsrafil Piri oğlu Quliyev (13 fevral 1917, Bakı28 oktyabr 1981, Bakı) — texnika elmləri doktoru, professor

İsrafil Quliyev
Quliyev İsrafil Piri oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Atası Piri Quliyev
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Mükafatları "Lenin" mükafatı
"Şərəf nişanı" ordeni

Həyatı

Quliyev İsrafil Piri oğlu 1917-ci il fevral ayının 13-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1931-ci ildə Quliyev İ.P. İndustrial Texnikumuna daxil olub. Əmək fəaliyyətinə 1932-ci ildən oxumaqla işləməyi uyğunlaşdıraraq "AzNeft" neft mədənlərində işləyərək başlayıb. 1933-1935-ci illərdə "Azizbekovneft" və "Ordjonikidzeneft" treslərində qazıma üzrə texnik işləyib. 1940-cı ildə Azərbaycan İndustrial İnstitutunun neft mədən fakultəsini bitirərək "Neft yataqlarının işlənməsi və istismarı" ixtisasını bitirərək, Bakı şəhəri Qaradağ rayonunun "Azərneft-axtarış" trestində axtarış sahəsində baş mühəndis işləyib. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1946-1950-cı illərdə "Qazıma" laboratoriyasının elmi işçisi, Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunda elmi katib işləmişdir. 1949-cu ildə "Turbin-mailli qurğuların azimutunun dəyişməsinin tədqiqatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-1978-ci illərdə "Dənizneftlayihə" institutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Bu müddət ərzində 10 il institut direktorunun vəzifəsini icra edib. 1959-cu ildə "Dənizdə neft quyularının tikintisinin əsas məsələləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi fəaliyyəti

28 il "Dənizneftlayihə" institutunun elmi sahəsində rəhbərlik edərək, özünü görkəmli alim və bacarıqlı təşkilatçı kimi göstərib, neft elmlərinin təzə sahəsinin inkişafında böyük nəaliyyətlər əldə edib - dəniz neft, qaz yataqlarının işlənməsi kimi. O, Xəzər dənizində neft, qaz mədənlərinin tikintisi ilə əlaqədar layihə-konstruksiya və elmi-tədqiqat işlərindı bilavasitə iştirak və rəhbərlik edib, həmçinin Qara, Azov və Oxot dənizlərində neft, qaz yataqlarının kəşfiyyat və işlənmə təşkilatı işlərində iştirak edib. 1978-1981-ci illərdə AzNKİ-da "neft sənaye təşkilatçılarının hazırlanması" və "İqtisadiyyat, təşkilat və istehsalatın idarə edilməsi" kafedralarına rəhbərlik edib, harda ki onun rəhbərliyi altında keçmiş SSSR-nin neft, qaz sənayesi və geologiyası üçün rəhbər kadrlar hazırlayıb. Quliyev İ.P. dəniz neft sənaye hidrotexnikasının yaradılmasının banilərindən biri olub, nəzəri və praktik xassəli əsaslı tədqiqatlar həyata keçirib. Əsasən, xüsusi neft mədən qurğuların yaradılması sahəsində nəzəri və eksperimental tədqiqatları qeyd etmək lazımdır (yerli üzər buruq qurğuları).

Elmi tədqiqat işləri: dəniz neft və qaz yataqlarının işlənilməsi və dəniz neft mədənlərinin tikintisi, dəniz neftdaşıyan akvatoriyaların geoloji-texnoloji və mürəkkəb təbii şəraitlərinin tədqiqi və onların neft və qaz yataqlarının istehsalı məsələləri ilə uyğunlaşdırılması.

Quliyev İ.P. elmi, texniki və "Yerin təkinin və dərin qazımanın tədqiqatı", "Korroziyadan müdafiə", "Xəzər dənizinin problemi", problemləri üzrə SSSR Nazirlər Soveti Dövlət Komitəsinin idarələrarası elmi şuraların üzvü olub.

Quliyev İ.P. 230-dan çox elmi məqalənin, 18 monoqrafiyanın və kitabçanın müəllifidir. İxtiralara görə 22 müəlliflik şəhadətnaməsi alıb. O, 30-dan artıq elmlər namizədi hazırlamışdır.

Quliyev İ.P. "Azərbaycan SSR-i dəniz neft mədənlərinin kompleks tikintisi" monoqrafiyasına görə SSRİ Lenin mükafatı laureatı adı ilə təltif olunmuşdur. "SSR Fəxri Neftçi" adına layiq görülmüşdür. "Şərəf nişanı" ordeni və medallarla mükafatlandırılmışdır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.