İsrafil (arxangel)

İsrafil (ərəb. إسرافيل) — islam inancına görə dörd böyük mələkdən biri. İsrafilin vəzifəsi Qiyamət günü sura üfürərək ölüləri diriltməkdir. Yəhudi inancına görə isə səkkiz mühakimə edən mələklərdəndir.

İsrafil

Yəhudilikdə

İsrafil olaraq bilinən bu mələk İbranicə Seraphiel olaraq adlandırılır, və adı apokrif və ya apokratif sayılan Yenoxun kitabında qeyd olunub. Yəhudi inancına görə səkkiz mühakimə edən mələkdən biridir. Rəvayətə görə onun boyu yeddi göy qədər, üzü mələklərin üzünə, bədəni isə qartalların bədəninə bənzəyir. O işıq kimi gözəl bir varlıqdır. Eyni zamanda o mələklərə nəzarət edən və onlara Allahı zikr edib ucaldması üçün ilahilər öyrədən bir mələk olduğu bildirilir.[1]

İslamda

Qurani-kərimdə bu mələyin adı bir başa keçməsə də bir çox yerdə sura üfürəcək mələk olaraq məçhul formada qeyd olunur. Hədislərdə isə İsrafilin adı dörd böyük mələkdən biri olaraq zikr edilir.[2] İsrafil adı hədislərdə həm, bu adla həm də "Mələki-sur", "Sahibi-sur" və "sahibi-quran" şəkillərdə də zikr edilmişdir. Eyni zamanda İsrafilin Qiyamət günü sura iki dəfə üfürəcəyi və sura üfürərkən sağında Cəbrayıl solunda isə Mikayıl olacağı rəvayət etmişdir. Bununla yanaşı İsrafilin Bədir döyüşündə müsəlmanlara yardıma gəldiyi və Luta peyğəmbərə gəlib həlak xəbərini verən mələklərdən biri olduğu qeyd olunur.[1]

Həmçinin bax

İstinadlar

  1. M. Sərdar, “Semavi Dinlerde Dörd Büyük Melek”, (İlahiyat Fakültesi Dergisi,2008)
  2. B. Topaloğlu, İ. Çelebi, M. S. Özervarlı, M. Sinanoğlu, İslam dininin əsasları, (Nurlar nəşriyyat Bakı-2010)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.