İspanaq

İspanaq (lat. Spinacia)[3]pəncərkimilər fəsiləsinə aid bitki cinsi.[4]

İspanaq
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Yarımfəsilə:
Triba:
Anserineae
Cins:
İspanaq
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  20708
NCBI  3561
EOL  71097

Növləri

Azərbaycanın dərman bitkiləri

A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod minerallarızülal baxımından olduqca zəngin bir qidadır.

Faydaları

Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər. Sinirləri yatırar və sakitlik verər. Həzmi asanlaşdırar. Sidik qovucu təsiri də var. Babasil xəstəliyində(Hemoroyda) yaxşı effekt verir. Yara və yanıqların regenerasiyasını(toxumanin özünü bərpa xüsusiyyətini) sürətləndirər. Sümükləri və dişləri gücləndirər. Diş çürümələrinin qarşısını alır. Qanda xolesterinin miqdarını salar. Şəkər xəstələrinə faydalıdır.

İstifadəsi

İspanaq salatlara və şorbalara qatıla biləcəyi kimi yeyilə də bilər.İspanağı qaynadıb suyunu içmək bədənə qüvvət və dinclik verər. Dəri baxımı üçün də istifadə edilər. İspanaq qaynamış südə batırılıb yüzə və boyuna maska edilə bilər. Bu maska sızanaqlara qarşı da faydalıdır. İspanağın bütün bu faydalarının yanında revmatizm, oynaq iltihabı və böyrək daşı olanlara tövsiyə edilmir.

İstinadlar

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 452. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1027.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.