İspaniya Sosialist İşçi Partiyası

İspaniya Sosial İşçi Partiyası, qısa adı İSİPİspaniyanın iki əsas siyasi partiyasından biri.

İspaniya Sosialist İşçi Partiyası
Loqonun şəkli
Sədri Cristina Narbona
Qurucu Pablo İqlesias
Baş katib Pedro Sançes
Quruluş tarixi 2 may 1879
İdeologiya Proqressivizm, Avropaya meyllik, demokratik sosializm, sosial-demokratiya, respublikaçılıq
Üzvlüyü
Üzv sayı 181 000 (2016)[2]
Rəngləri      qırmızı
Parlamentdə
120 / 350
Bələdiyyədə
22.335 / 61.093
Saytı psoe.es
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

İspaniya Sosial İşçi Partiyasının əsası 1879-cu il 2 mayda Pablo İqlesias tərəfindən qoyulmuşdur. Bu partiya Beynəlxalq Sosialist və Avropa Sosialist partiyalarının üzvüdür. Partiyanın siyasi və ideoloji sahədə əsas dönüş nöqtəsi 1982 və 2004-cü illərdə keçirilən seçkilər olmuşdur ki, həmin illərdə partiya hakimiyyətə gəlmiş və İspaniya hökumətini formalaşdırmışdır. 1999-2004-cü illərdə müxalifətdə olmuşdur. 2011-ci il Parlament seçkilərində məğlubiyyətə uğradıqdan sonra müxalifətdədir.

İdeologiyası

İSİP-in yaradılmasında əsas məqsəd fəhlə sinfinin maraqlarını güdərək hakimiyyətə gəlmək və Marksist sosializm modelini qurmaq idi. 1979-cu ildə partiya Marksizm ideyalarından imtina etdi. İndiki dövrdə partiya Avropa Sosial Demokrat partiyaları arasında siyasi yer tutur.

2004-cü il seçkiləri

2004-cü ilin 14 mart Parlament seçkiləri İSİP-in inamlı qələbəsi ilə nəticələndi. Partiya 42,6% (11 milyon) seçici səsi topladı, bu 2000-ci ildəkindən 3 milyon çox idi. Deputatlar Konqresində 350 yerdən 164-nü, hazırkı iqtidarda olan Xalq Partiyası isə 148 yer qazanmışdı. Seçkilər nəticəsində Xose Luiz Sapatero təkpartiyalı hakimiyyət formalaşdırdı. O Frank dövründən sonra 5-ci hökumət başçısı seçildi və yeganə şəxs idi ki, 1-ci cəhddə bu posta yiyələndi.

Struktur və idarəetmə

İSİP bütün İspaniya ərazisində fəaliyyət göstərir. Hazırkı dövrdə partiyanın 460 000 üzvü vardır. Onlar müxtəlif federasiya və birləşmiş partiyaların tərkibindədir. Onların içərisində ən nüfuzlu və ən çoxsaylısı Əndəlüs, KataloniyaValensiyadır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.