İsmixan Yusubov

İsmixan Məhəmməd oğlu Yusubov — Azərbaycanlı riyaziyyatçı alim, yazıçı-publisist.

İsmixan Yusubov
Doğum tarixi
Doğum yeri Qazax rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahələri Riyaziyyat, fizika
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri namizədi
Təhsili Azərbaycan Dövlət Universiteti

Həyatı

1945-ci ildə Azərbaycanın Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur[1]. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967-ci illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970-ci ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycan Dövlət Universitetində (daha sonra Bakı Dövlət Universitetində) aspirant olmuş (1971), assistent (1974), baş müəllim (1981) və dosent (1989) vəzifələrində işləmiş, orada da namizədlik dissertasiyasını (1983) müdafiə etmişdir. 1993-2012-ci illərdə Türkiyənin universitetlərində (Kocaeli, Sakarya), 2012-2014-cü illərdə yenidən Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında işləmişdir.

Yaradıcılığı

İsmixan Yusubov 100-dən çox elmi məqalə, metodiki vəsait və kitabın müəllifidir. Elmi işinin mövzusu "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı nəzəriyyəsi haqqında" ("К теории числовой области операторов и элементов нормированных алгебр") olmuşdur. M.Q.Pənahovla birlikdə 1991-ci ildə "Ehtimal nəzəriyyəsinin elementləri" (1-ci və 2-ci hissə), "Riyazi fizika tənlikləri üçün qoyulan tipik məsələlərin həllinə dair metodik göstəriş" adlı tədris vəsaitləri çap olunmuşdur.

Sakarya universitetində işlədiyi zaman M.Q.Pənahov ilə birlikdə yazmış olduğu “Leneer Cebir ve sonlu boyutlu lineer operatorlar teorisinin elemanları” adlı kiabı İstanbulda üç dəfə (2004, 2006, 2009) nəşr olunmuşdur və hazırda ondan Türkiyə universietlərində dərslik kimi isifadə olunur. Bundan başqa "Matematik güzeldir-Anlamanın sevinci ve kederi" adlı kitabı 2008-ci ildə İstanbulda, “Ədədi oblast” adlı monoqrafiyası isə türk və rus dillərində (“Sayısal Görüntü”, "Числовая область") Bakıda nəşr olunmuşdur. Ümumiyyətlə isə İ.M.Yusubov 20-yə qədər kitabın müəllifi və ya həmmüəllifidir.

Elmi əsərləri ilə yanaşı 1990-cı ildə onun Qarabağ hadisələrindən bəhs edən “Dosta məktub” ("Письмо другу") adlı ilk kitabı çap olunmuşdur. Bu kitab daha əvvəl 1989-cu ildə "samizdat" üsulu ilə çap olunaraq Azərbaycan və onun hüdudlarından kənarda Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini əks etdirən tutarlı mənbə kimi oxucuların rəğbətini qazanmışdır. "Dosta məktub" 2002-ci ildə "Postskriptum" əlavəsi ilə yenidən nəşr olunmuşdur.

Bu mövzunun davamı olaraq, İsmixan Yusubovun 2011-ci ildə çapdan çıxmış "Erməni dosyası" kitabında Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr, keçmiş SSRİ-də milli münasibətlər haqqında düşüncələr, həmçinin bu məsələlərin meydana çıxması və inkişafı prosesinə tarixi ekskurs edilir. Tarixi həqiqətləri təhrif edənlərə əsaslandırılmış cavab və mürəkkəb, qəsdən dolaşıq salınmış işdən baş açmaq istəyən oxuculara "Erməni dosyası" kitabı kömək göstərmiş olur[2].

2012-ci ildə isə onun, doğulub boya-başa çatdığı Poylu kəndi və kəndin işgüzar adamları haqqında uzun illər boyu topladığı materiallar əsasında son dörd ildə ərsəyə gətirdiyi “Mənim Poylu kəndim” adlı kiabı çap olunmuş və rəğbətlə qarşılanmışdır.

Kitabları

  • "Письмо другу" (rusca), Bakı, Azərnəşr, 1990, 52 səh.
  • "Dosta məktub", Bakı, Azərnəşr, 1990, 49 səh.
  • "Kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən məsələ həllinə dair rəhbərlik və çalışmalar" (M.Q.Pənahovla birlikdə), Bakı, "Bakı Universiteti", 2000, 218 səh.
  • "Письмо другу. Постскриптум" (rusca), Bakı, "Kür", 2002, 88 səh.[3]
  • "Ehtimal nəzəriyyəsinin elementləri (məsələ həllinə rəhbərlik və çalışmalar)" (M.Q.Pənahovla birlikdə), Bakı, "Kür", 2003, 207 səh.
  • "Lineer cebir ve sonlu boyutlu lineer operatörler teorisinin elemanları" (türkcə) (M.Q.Pənahovla birlikdə), "Sakarya Kitabevi", 2004, 279 səh. ISBN 975-8644-37-8 (2-ci nəşri 2006-cı, 3-cü nəşri 2009-cu ildə buraxılıb)
  • "Şerim - həyatım mənim", Bakı, "MBM", 2005, 320 səh. ISBN 9952-29-058-6
  • "Xətti cəbrin əsasları (Ali məktəblər üçün dərslik)" (M.Q.Pənahov və C.M.Mustafayevlə birlikdə), Bakı, "MBM", 2005, 256 səh.
  • "Riyazi fizikanın bəzi klassik məsələlərinin həll üsulları" (M.Q.Pənahovla birlikdə), Bakı, "MBM", 2006, 76 səh.
  • "Matematik güzeldir. Anlamanın sevincii ve kederi" (türkcə), "Bilim ve Gelecek Kitablığı", 2008, 266 səh. ISBN 978-605-5888-04-6
  • "Числовая область" (rusca), Bakı, "MBM", 2011, 216 səh. ISBN 978-9952-29-045-5
  • "Sayısal görüntü" (türkcə), Bakı, "MBM", 2011, 224 səh. ISBN 978-9952-29-023-3
  • "Erməni dosyası"[2], Bakı, "MBM", 2011, 160 səh. ISBN 978-9952-29-049-3
  • "Atam və biz, siz, onlar", Bakı, "MBM", 2012, 124 səh.
  • "Mənim Poylu kəndim", Bakı, "MBM", 2012, 432 səh. ISBN 978-9952-29-002-8
  • "Mənim Atlantidam", Bakı, "MBM", 2015, 104 səh. ISBN 978-9952-29-094-8
  • "Riyaziyyat haqqında dialoqlar", Alfred Renyi (Ruscada tərcümə edən, müqəddimə, son söz və "Elm və metafizika haqqında monoloqlar" əlavəsinin müəllifi: İsmixan Yusuf), Bakı, "Ecoprint", 2016, 108 səh. ISBN 978-9952-29-101-8
  • "Cəlilabadnamə" (gündəlikdən sətirlərdə), Bakı, "Ecoprint", 2016, 72 səh.
  • "Anlatmanın əzabı, sevinci və kədəri" (Düşünmək gözəldir), Bakı, "Ecoprint", 2017, 326 səh. ISBN 978-9952-29-109-4
  • "Моя армейская Одиссея и латышские друзья" (1964-1967), Баку, "Есоprint", 2019, 60 стр. ISBN 978 9952 29 103 5
  • "Возвращение Одиссея или путь длиною в 55 лет" (2019-1964), Баку, "Есоprint", 2019, 104 стр.
  • "Реинкарнация прерванной дружбы через 50 лет (посредством писем с отрицательной энергией)", (совместно с Агрисом Редовичем), Баку, "Füyuzat", 2022, 244 стр. ISBN 978-9952-37-865-8

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.