İsmayılabad
İsmayılabad — Azərbaycan Respublikasının Yevlax rayonunun Nemətabad inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən İsmayılabad kəndi Səmədabad kənd Sovetinin tərkibinə verilmişdir.[1]
İsmayılabad | |
---|---|
40°34′56″ şm. e. 47°05′16″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsini 1918-ci ildə Ermənistanın Ozan, Veri, Toxacar kəndlərindən milli qırğın zamanı qaçıb gəlmiş və bir müddət Tovuz rayonunda yaşadıqdan sonra 1928-ci ildə indiki ərazidə məskunlaşmış azərbaycanlı ailələr salmışlar. Kənd vaxtilə oranın abadlaşmasında xidməti olmuş İsmayılın (Bərdə rayon sovetinin sədri) adı ilə adlandırılmışdır.[2]
Coğrafiyası və iqlimi
Kənd Qarabağ düzündə yerləşir.
İstinadlar
- "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- İsmayılabad // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.