İsmayıl xan Ziyadxanov

Ziyadxanov İsmayıl xan Əbülfət ağa oğlu (15 avqust 1867, Yelizavetpol, Tiflis quberniyası1920, Gəncə) — Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat.[1]

İsmayıl xan Ziyadxanov
İsmayıl xan Əbülfət ağa oğlu Ziyadxanov
6 noyabr 1918 26 dekabr 1918
Əvvəlkivəzifə təsis edilib
SonrakıSəməd bəy Mehmandarov
26 dekabr 1918  
ƏvvəlkiAdil xan Ziyadxanov
27 aprel (10 may) 1906 9 iyul (22 iyul) 1906
Əvvəlkivəzifə təsis edilib
Yelizavetpol quberniyasından seçildi.
Şəxsi məlumatlar
Doğum tarixi 15 avqust 1867(1867-08-15)
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Sənubər xanım

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb. İsmayıl xan Sənubər xanımla ailə qurmuşdu. Əbülfət ağa adlı oğlu vardı.[2]

Fəaliyyəti

İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan sonra siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, Rusiyanın azərbaycanlılara qarşı münasibətini kəskin tənqid edib. İsmayıl xan təkcə Qafqazda deyil Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib.[3]

İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əlimərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdir. 1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı. 1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanovun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub. 1918-ci il 18 – 22 mart tarixində Stepan Şaumyan yaxın dostu Stepan Lalayevin başçılğı altında Daşnak ordusunu Şamaxıya göndərdi. Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əks-ingilabçı kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. O, alq arasında böyük rəğbət qazanır. Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxıda çətin günlər başlamışdır. Şamaxı qəzasının 58 kəndi yerlə yeksan edildi. 7 minə yaxın azərbaycanlı qətlə yetirildi. Öldürülənlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Müsəlmanlar hətta öldürüldükdən sonra təhqir edilirdi.[4] İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cumhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Onun başçılıq etdiyi nümayəndə heyəti qəməri təqvimi ilə cəmaüddisani 1337-ci ildə Tehrana gəlib. Azərbaycan heyətinə Möqtədirilmülk bağında iqamətgah verilib və Məcidüssəltənə onları qəbul edib. Sənədlər məcmusunda bildirilir ki, İsmayıl xan iki ölkə arasında yaxşı iqtisadi-siyasi əlaqələr qurulması üçün İranın rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirdi. Danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən Ismayıl xan, İran tərəfindən isə XIN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzaladı. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmışdı.[5]

Vəfatı

Azərbaycan XI ordu tərəfindən işğal edildikdən sonra 5 may 1920-ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə İsmayıl Xan Ziyadxanovun mülkü və torpaqları müsadirə edilir. Özü isə Qızıl ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnir. Ziyadxanovların mülkü sovetlər dövründə ictimailəşib, uzun illər burada müxtəlif təşkilatlar fəaliyyət göstərib. Hazırda Gəncə Tarix-diyarşünaslıq müzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir.[6]

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında İsmayıl xan Ziyadxanovu Azərbaycanın istiqlal şəhidi adlandırıb[7].

Ailəsi

  • Atası Əbülfət ağa Ziyadxanov — Cavad xanın nəvəsi. 1843-cü ildə Gəncədə doğulmuşdur. Bəhmən mirzə Qovanlı-Qacarın qızı Azərhümayun xanım Qovanlı-Qacar ilə ailə qurmuşdu. İsmayıl xan, Şahverdi xan, Adil xan adlı oğulları, Sultan bəyim, Fəxritac bəyim, Şirin bəyim, Xırda bəyim, Qəmərtac bəyim adlı qızları vardı.
  • Anası Azərhümayun xanım Qovanlı-QacarQacar şahzadəsi, xəttat. Azərhümayun xanım Bəhmən mirzə qızı Şuşa şəhərində anadan olmuşdu. Onu Şahzadə xanım kimi tanıyırdılar. Şahzadə xanım xəttat idi. Şahzadə xanım Əbülfət ağa Ziyadxanov ilə ailə qurmuşdu. İsmayıl xan, Şahverdi xan, Adil xan adlı oğulları, Sultan bəyim, Fəxritac bəyim, Şirin bəyim, Xırda bəyim, Qəmərtac bəyim adlı qızları vardı.

Mənbə

Həmçinin bax

İstinadlar

  1. "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN GƏNCƏ QUBERNİYASINDAN OLAN DÖVLƏT XADİMLƏRİ" (PDF). 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 iyul 2021.
  2. "Hüseyn Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992;". (#cite_web_url); (#accessdate_missing_url)
  3. "Əhmədova F., Ziyadxanov qardaşları, "Azərbaycan Tarixi Muzeyi-80" (məqalələr toplusu), B., 2001;". (#cite_web_url); (#accessdate_missing_url)
  4. "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 2004". (#cite_web_url); (#accessdate_missing_url)
  5. "Əliyev M, İsmayıl xan Ziyadxanov, "Odlar yurdu" qəzeti. 1990, № l4; Seyidzadə D.". (#cite_web_url); (#accessdate_missing_url)
  6. "Azərbaycan müəllimi". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
  7. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.