İsmayıl Qaspıralı

İsmayıl Qaspıralı (Qasprinski; 8 (20) mart 1851, Avcikoy[d]11 (24) sentyabr 1914[1], Bağçasaray, Tavriya quberniyası[d]) — əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi. Qaspıralı Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır. Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.

İsmayıl Qaspıralı
krımtat. İsmail Mustafa oğlu Gaspıralı
Doğum tarixi 8 (20) mart 1851
Doğum yeri
Vəfat tarixi 11 (24) sentyabr 1914[1] (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşaqları
Elm sahəsi mədəniyyət
Təhsili
Mükafatları "Məcidiyyə" ordeni "Şiri-Xurşid" ordeni 3-cü dərəcəli "Şiri-Xurşid" ordeni 4-cü dərəcəli "Şiri-Xurşid" ordeni 4-cü dərəcəli "Məcidiyyə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İsmayıl Qaspıralı, Həsən bəy ZərdabiƏlimərdan bəy Topçubaşov. Bakı, 1894

Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu[2] və 1918-ci ilə qədər varlığını davam etdirən "Tərcüman" adlı qəzeti ilə yaymışdır. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan "Dildə, fikirdə, işdə birlik!" şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Qaspıralı müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-ci il tarixli bir yazısında: "Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin" deyərək düşüncələrini ortaya qoymuşdur.

İsmayıl bəy Qaspıralının cənazəsi evindən çıxarılarkən (Bağçasaray, 1914)

Qaspıralı qadınlar üçün Aləmi Nisvan (Dünya Qadınları) adlı bir jurnal çıxarmış və bu jurnalı qızı Şəfiqə nəşrə hazırlamışdır. Uşaqlar üçün də Aləmi Subyan (Dünya Uşaqları) adlı bir nəşr çıxarmışdır. Qaspıralı, İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından biridir; 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirmişdir. Ayrıca ilk rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.

İlk müsəlman qadın hərəkatının lideri Şəfiqə Qasprinskayanın atasıdır.

Əsərləri

Qəzetlər

  • Tərcüməçi (Baxçasaray, 1883–1918)
  • Aləmi Nisvan (Baxçasaray, 1906–1910)
  • Aləmi Subyan (Baxçasaray, 1906–1912?)
  • Al-Nahdah/The Renaissance (Qahirə, 1908)
  • Kha! Kha! Kha! (Baxçasaray, 1906-?)

Kitablar

  • Russkoe Musulmanstvo (Urıs İslam) Simferopol, 1881
  • Salname-i Türkü (Baxçasaray, 1882)
  • Mirat-ı Cədid (Baxçasaray, 1882)
  • Müəllim-i Subyan (Baxçasaray, 1884; 3. bas. 1892; 7. bas. 1898)
  • Avropa mədəniyyətinə bir nəzəri müvazinət (Baxçasaray, 1885)
  • Müsəlmanlara dair Nizamlar və İmtiyazlar (Baxçasaray, 1885)
  • Rusiya coğrafiyası (Baxçasaray, 1885)
  • İki Bahadır (Baxçasaray, 1886)
  • Qiraət-i Türkü (Baxçasaray, 1886; 2. bas. 1894)
  • Maişet müharibəsi (Baxçasaray, 1886)
  • Xolera vəbası və onun dərman və darısı (Baxçasaray, 1887)
  • Bəxtiyar Nəzm (Baxçasaray, 1889)
  • Atlaslı Dünyanamə (Baxçasaray, 1889)
  • Mədəniyyət-i Islamiye (Baxçasaray, 1889)
  • Garaib-i Adat-i Akvam (Baxçasaray, 1890)
  • Aslan Qız (Baxçasaray, 1894)
  • Məktəb və Üsul-i Cedid Nədir? (Baxçasaray, 1894)
  • Risalə-i Tərkib (Baxçasaray, 1894)
  • Russko-vostochnoe Soglashenie (Baxçasaray, 1896)
  • Hesab. Muhtasar Ilm-i Hesab və Mesail-i Hesabıya (Baxçasaray, 1897)
  • Hər gün Gərək Zakonlar (Baxçasaray, 1897)
  • Rəhbər-i İslamiyə (Baxçasaray, 1898)
  • Şarait al/götür-Islam (Baxçasaray, 1897)
  • Rəhbər-i Müəllimin (Müəllimlərə Yoldaş) (Baxçasaray, 1898)
  • Türkistan Üləması (Baxçasaray, 1900)
  • Mevlud-i Cənab-ı Həzrət-i Əli (Baxçasaray, 1900)
  • Bədən-i İnsan (Baxçasaray, 1901)
  • Iran. Şəkilli Məcmuə (Baxçasaray, 1901)
  • Mebadi-yi Temeddün-i Islamiyan-i Rus
  • Məşhur Payitahtlar (Baxçasaray, 1901)
  • Üsul-i Ədəb (Şərq və Qərb Qaidələri) (Baxçasaray, 1901)
  • Zorakı Təbib (Baxçasaray, 1901)
  • Məlumat-i Nafia (Baxçasaray, 1901)
  • Təshih-i Akaidden (Baxçasaray, 1901)
  • Temsilat-i Krilof (Baxçasaray, 1901)
  • Asiyada Qonşularımız (Baxçasaray, 1903)
  • Darı-l Rahat Müsəlmanları (Baxçasaray, 1906)
  • Müsəlman Konqressi (Baxçasaray, 1909)

Məqalələr

  • "Türk yurduçularına" (Türk Yurdu 1: 190–95, 1328 1912)
  • "Hind yolundan" (Türk Yurdu 1: 307–10, 1328, 1912)
  • "Hindistandan dönərkən" (Türk Yurdu 1: 369–71, 1328, 1912)
  • "Mühacirət müntəzəmə" (Türk Yurdu 1: 706–13, 1328, 1913)

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 173.

Haqqında kitablar

Mənbə

  • "İsmayılbəy Qasprinski". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 243–246.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.